Xanqutala — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Xanqutala kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Xanqutala kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Tarixi Xanqutala kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Xanqutala kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kəlbəcər rayonunun ləğv olunmuş kəndləri