Jandarma və Sahil Mühafizə Akademiyası (türk. Jandarma ve Sahil Güvenlik Akademisi) — Türkiyədə Daxili İşlər Nazirliyinə bağlı hərbi ali təhsil müəssisəsi.

Akademiyanın məqsədi jandarma və sahil mühafizə təşkilatlarının zabit və digər kadr ehtiyaclarını ödəməkdir.

Akademiyanı təşkil edən bölmələrin və prezidentinin vəzifələri Jandarma və Sahil Mühafizə Akademiyasının təşkili, vəzifələri və fəaliyyət prinsipləri haqqında Əsasnamədə göstərilib və tədris və təlim fəaliyyətlərinə 2016-cı ilin sentyabr ayından başlanılıb.

Strukturu

Akademik strukturu

Təlim mərkəzi Təlim Mərkəzinin komandanlığı ən azı dörd illik təhsil almış zabit hazırlığı, fakültə və ya kolleci bitirmiş kiçik zabit ixtisasına yiyələnmiş şəxsi heyət üçün təlim tədbirlərinin həyata keçirilməsinə cavabdehdir və ixtisasartırma kursu keçir. Təlim Mərkəzi Komandanlığı Təlim idarəsi, Zabit Hazırlığı Mərkəzi Komandanlığı, Kiçik Zabit Tədris Mərkəzi Komandanlığı və Peşə Təhsil Mərkəzi Komandanlığından ibarətdir.

Təhlükəsizlik Elmləri İnstitutu İnstitut ehtiyac duyulan sahələrdə Jandarma və Sahil Mühafizəsi təşkilatlarının personalına və digər şəxslərə magistratura, doktorantura ixtisas kursları və sertifikat proqramları təklif edir.

Fakültələri Jandarma və Sahil Mühafizəsi fakültəsi. Jandarma və Sahil Mühafizəsi təşkilatlarının ehtiyac duyduğu zabitləri yetişdirmək üçün bakalavr səviyyəsində təhsil, elmi araşdırma və təcrübə aparır.

Təhlükəsizlik Elmləri fakültəsi Hüquq Elmləri fakültəsi Sosial Elmlər fakültəsi Dəniz Elmləri fakültəsi İdman fakültəsi

Kollecləri

Hərbi Hava kolleci

Tədqiqat və Təhsil mərkəzləri Jandarma və Sahil Mühafizəsi təşkilatlarının ehtiyac duyduğu sahələri üzrə elmi araşdırmalar, layihələr və zəruri maarifləndirici tədbirlər həyata keçirir.

İnzibati strukturu

İdarə Heyəti Senat Vitse-Prezidentlər Qurumlar Elmi Nəzarət Şurası Rəhbərlik və Akademik məsləhət şurası Tələbə Qüvvələri Komandanlığı Fakültənin dekanlığı İnstitutu Müdirliyi Kolleclər Elmi və Təhsil mərkəzləri

Tarixi

1904-1908-ci illər Saloniki 1910-1922-ci illər İstanbul 1922-ci ildə Ankara/Etlik 1922-1924-cü illərdə İzmit 1924-1930-cu illərdə Konya 1937-1979-cu illər Ankara/Anıttəpə 1979-1997-ci illər Ankara/Güvercinlik 1997-2016-cı illər Ankara/Beytəpədə

31 iyul 2016-cı il tarixli Rəsmi Qəzetdə dərc edilən 669 saylı Qanun Fərmanı ilə 2803 saylı Jandarma Təşkilatı, Vəzifə və Səlahiyyətlər Qanununa əlavə edilən 13/A maddəsinə uyğun olaraq Jandarma Məktəbləri Komandanlığı ləğv edilərək Jandarma və Sahil Mühafizə Akademiyası yaradıldı. Bu çərçivədə Zabit Tədris Mərkəzi və fakültə daxilində zabitlərin hazırlanması üçün bir təşkilat açıldı.

Jandarma muzeyi 21 noyabr 2005-ci ildə Ankara Beytəpə şəhərciyində ziyarətçilərin istifadəsinə verilən Jandarma Muzeyi, Jandarma tarixi və mədəni irsini gələcək nəsillərə ötürmək, silah, alət, avadanlıq və əşyaları tanıtmaq məqsədi ilə açılmışdır. Muzey həftə içi saat 08:00-17:00 qədər pulsuz olaraq ziyarətçilərin üzünə açıqdır.

İstinadlar

Xarici keçidlər Jandarma ve Sahil Güvenlik Akademisi Resmi İnternet Sitesi Jandarma ve Sahil Güvenlik Akademisi Başkanı

Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Jandarma (Türkiyə)