thumb|Qrup mahnının tanıtımında. Uh-Oh – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. 26 iyun 2019-cu ildə "Cube Entertainment" tərəfindən qrupun ikinci rəqəmsal sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün yayımlanmışdır. Mahnının yaponca versiyası 26 avqust 2020-ci ildə "Latata" minialbomu ilə buraxılmışdır.
Buraxılması 16 iyun 2019-cu ildə "(G)I-dle" qrupunun "Uh-Oh" rəqəmsal sinqlı ilə geri dönüş edəcəyi açıqlanmışdır. 17–18 iyunda sinql üçün tizer şəkilləri buraxılmışdır. 21 iyunda Uqi və Minni, 22 iyunda Sucin və Şuhua, 23 iyunda Soyon və Miyon üçün tizer videoları paylaşılmışdır. Mahnı 26 iyun 2019-cu ildə rəqəmsal sinql kimi MelOn, iTunes və Spotify platformalarında buraxılmışdır.
Mahnının klipi 26 iyunda buraxılmışdır. Klipin xoroeqrafiyası Star System tərəfindən hazırlanmışdır. Klip buraxıldığı ilk gün ərzində 5 milyon YouTube baxışı yığmışdır. Klip qrupun üsyankar ruhunu hiss etdirdiyi üçün bəyənilmişdir.
Musiqi və sözlər Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. Soyon verdiyi bir müsabibədə mahnının "Senorita" mahnısının buraxılmasından öncə yazıldığını bildirmişdir. O, mahnını onun müğənni olacağına inanmayan şəxslər barədə deyinmək üçün yazmışdır. Mahnı bum-bap stilindədir. Bu stil 1990-cı illərdə İst-Kostdakı hip-hop musiqində populyar olmuşdur.
Qəbul Mahnı "NetEase Cloud Music" hit-paradında 22-ci yeri tutmuşdur. Beləcə, qrup bu hit-paradda yer alan yeganə K-pop qrupu olmuşdur. Mahnı "Douban" tərəfindən "2019-cu ilin ən populyar koreyaca mahnıları" siyahısında 3-cü yerdə, "Medium" tərəfindən "2019-cu ilin ən yaxşı 20 K-pop mahnısı" siyahısında 14-cü yerdə göstərilmişdir. Mahnı 2 iyul 2019-cu ildə SBS MTV-nin "The Show" verilişində qalib gəlmişdir.
Hit-parad (2019) Ən yüksəkyer Sinqapur (RIAS) 23 Cənubi Koreya (Gaon) 31 Cənubi Koreya (K-pop Hot 100) 23 ABŞ Dünya Rəqəmsal Mahnı Satışları (Billboard) 7
İstinadlar
Kateqoriya:I-dle mahnıları Kateqoriya:2019-cu ilin sinqlları Kateqoriya:2019-cu ilin mahnıları