Vilya de Leqanes Kuboku () – hər il İspaniyanın "Leqanes" futbol klubu tərəfindən keçirilən yoldaşlıq turniri. Turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı təqdim olunur.
Tarix və format thumb|240px|2019-cu ildəki turnirdən görüntü. Vilya de Leqanes Kuboku 1980-ci ildə yay turniri kimi təsis olunmuşdur. Yoldaşlıq turniri xarakterli bu turnirdə ev sahibi "Leqanes" klubu ilə bir qonaq komanda yarışır. Turnir əsasən İspaniyada baş tutsa da, 1998-ci ildəki turnir "Kampomayorense" klubu ilə Portuqaliyada və 2013-cü ildəki turnir "Qətər" klubu ilə Qətərdə keçirilmişdir. "Leqanes" turnirin ən uğurlu komandasıdır (25 dəfə).
Turnir müxtəlif formatlar üzrə keçirilmişdir. 1980–1996-cı illərdəki turnirlərin çoxu dörd komanda ilə baş tutmuş, qalib yarımfinal və final oyunları ilə müəyyən edilmiş, üçüncü yer uğrunda oyun keçirilmişdir. 1985, 1989, 1994 və 1995-ci illərdəki turnirlər, eləcə də, 1997-ci ildən etibarən keçirilən bütün turnirlər ancaq 2 komandanın iştirakı ilə baş tutmuşdur. Yeganə istisna 2011-ci ildəki turnirdir: 3 komandanın iştirakı ilə baş tutan turnirin qalibi liqa formatı ilə müəyyən edilmişdir. 2020-ci ildəki turnir COVID-19 pandemiyası səbəbilə keçirilməmişdir. Son qalib 2024-cü ildə "Rayo Valyekano"nu 3:1 hesabı ilə məğlub etmiş "Leqanes"dir. Kişilərlə yanaşı, qadın klubları üçün də Vilya de Leqanes Kuboku keçirilir.
Mükafat 2018-ci ildən etibarən turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı (), ikinci yeri tutanlara isə "Gümüş xiyar" () mükafatı təqdim olunur. Belə ki, Leqanes qəsəbəsi İspaniyada xiyar yetişdiriciliyinə görə tanınır və bu bölgədə yaşayanlar "pepineros" () adlandırılır. Bu səbəbdən klubun ləqəbi "xiyar yetişdirənlər" və talismanı "Super Xiyar" adlı antropomorfik xiyardır.
"Qızıl xiyar" mükafatı ən qəribə futbol mükafatlarından biri hesab olunur. Mükafat 24 santimetr hündürlüyündə və 5 kiloqram ağırlığındadır. Mükafatın ideyası zarafat kimi yaranmışdır: Kriştiano Ronaldo 2016-cı ildə Qızıl top mükafatını qazandıqdan sonra "Leqanes" klubunun rəsmi Twitter hesabı qızıl xiyar formasında olan mükafat fotosu paylaşmışdır.
Nəticələr <span style="color:white;">№<span style="color:white;">İl<span style="color:white;">Çempion<span style="color:white;"><span style="color:white;">Hesab<span style="color:white;"><span style="color:white;">İkinci I || 1980 || Rayo Valyekano 1:1 Leqanes II || 1981 || Rayo Valyekano 1:0 Real Aranxuez III || 1982 || Real Aranxuez 2:1 Parla IV || 1983 || Leqanes 3:1 Real Madrid Kastilya V || 1984 || Real Madrid Kastilya 2:0 Leqanes VI || 1985 || Rayo Valyekano 3:1 Leqanes VII || 1986 || Atletiko Madrid B 4:2 Leqanes VIII || 1987 || Leqanes 3:2 Atletiko Madrid B IX || 1988 || Badaxoz 2:1 Atletiko Madrid B X || 1989 || Leqanes 2:0 Rayo Valyekano XI || 1990 || Leqanes 1:1 Osasuna XII || 1991 || Leqanes 3:1 Merida XIII || 1992 || Leqanes 2:1 Real Madrid Kastilya XIV || 1993 || Real Madrid C ?:? Leqanes XV || 1994 || Leqanes 0:0 Fuenlabrada XVI || 1995 || Leqanes 1:0 Numansiya XVII || 1996 || Leqanes 4:2 Real Madrid C XVIII || 1997 || Salamanka 1:1 Leqanes XIX || 1998 || Leqanes 1:0 Kampomayorense XX || 1999 || Numansiya 1:1 Leqanes XXI || 2000 || Real Valyadolid 1:0 Leqanes XXII || 2001 || Atletiko Madrid 1:0 Leqanes XXIII || 2002 || Atletiko Madrid 1:0 Leqanes XXIV || 2003 || Xetafe 2:1 Leqanes XXV || 2004 || Xetafe 4:0 Leqanes XXVI || 2005 || Real Valyadolid 3:0 Leqanes XXVII || 2006 || Leqanes 2:1 Xeres XXVIII || 2007 || Leqanes 1:1 Xetafe XXIX || 2008 || Leqanes 3:2 Rayo Valyekano XXX || 2009 || Leqanes 1:1 San-Sebastyan de los Reyes XXXI || 2010 || Alkorkon 2:0 Leqanes XXXII || 2011 || Xetafe liqa formatı Alkorkon Leqanes XXXIII || 2012 || Leqanes 2:0 Alkorkon XXXIV || 2013 || Leqanes 0:0 Qətər XXXV || 2014 || Leqanes 4:1 Real Madrid Kastilya XXXVI || 2015 || Rayo Valyekano 0:0 Leqanes XXXVII || 2016 || Leqanes 3:2 Vilyarreal XXXVIII || 2017 || Leqanes 1:1 Deportivo Alaves XXXIX || 2018 || Leqanes 2:0 Rayo Valyekano XL || 2019 || Leqanes 3:1 Albasete -- 2020 keçirilməyib - - XLI || 2021 || Leqanes 1:1 Rayo Valyekano XLII || 2022 || Vilyarreal B 2:1 Leqanes XLIII || 2023 || Leqanes 2:0 Levante XLIV || 2024 || Leqanes 3:1 Rayo Valyekano XLIV || 2025 || Leqanes 3:3 Levante
Həmçinin bax Joan Qamper kuboku
İstinadlar
Kateqoriya:Leqanes FK Kateqoriya:İspaniyada futbol yarışları