Dərəqışlaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi Dərəqışlaq Kəlbəcər rayonunun Kəlbəcər qəsəbə inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kəndin ərazisi keçmişdə Dalqılıclı kəndinin qışlaq yeri olmuş və dərədə yerləşdiyinə görə Dərəqışlaq adlandırılmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XIX əsrdə qılıclı tirəsindən olan Hüseynalı adlı Şəxs saldığına görə bəzən Hüseynalılar da adlanırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007..
Yaylaqlar Dikyurd, Çubuqqoyulan yurd.
Bulaqlar Qarağatlı bulaq, Dərəqışlağın daş bulağı, Söyüdlü bulağı, Qaramal bulağı, Səlimin evinin yanındakı şəlalə.
Məşhur yerlər Enlidöş, Molladaşı, Ağdaş, Genqobu, Xırmandaşı, Şişindöşü, Kotanyeri, Çatım, Qaranlıqdərə, Qaradaş, Tələlər, Nəsibin yeri, Kazımın yeri, İbrahimin yeri, Alışların yeri, Əsədlərin yeri, Xaçınyalı, Məşədi Əlinin hasarı, Təvərəqaya, Malyatan gəzdək, Barmağın yalı.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
İstinadlar
Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri