Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış birinci Yaponiya minialbomu. 31 iyul 2019-cu ildə Yaponiyada buraxılmışdır. Alboma qrupun əvvəl ifa etdikləri "Latata", "Maze" və "Hann (Alone)" mahnılarının yaponca versiyaları və iki orijinal yaponca mahnı – "Light My Fire" və "For You" daxildir.

Buraxılması 19 may 2019-cu ildə "(G)I-dle" qrupunun 31 iyul 2019-cu ildə "Latata" mahnısı ilə eyni adı daşıyan minialbom ilə Yaponiyada debüt edəcəyi açıqlanmışdır. Albom üç versiyada buraxılmışdır: məhdud CD+DVD buraxılışı (A), məhdud CD+FOTOKİTAB 28P buraxılışı (B) və daimi CD buraxılışı. "Hann (Alone)" mahnısının yaponca buraxılışı ancaq iTunes bağlamasına bonus trek kimi əlavə olunmuşdur.

"For You" mahnısı qrupun üzvü Minni tərəfindən yazılmış və bəstələnmişdir.

Tanıtım "(G)I-dle" 23 iyul 2019-cu ildə minialbom üçün "Mainabi Blitz Akasaka"da canlı tanıtım gerçəkləşdirmişdir. Performans üçün 1000 bilet satılmış və 1500 nəfər tədbirdə iştirak etmişdir.

Qəbul Albom "Oricon" yapon albomlar hit-paradında 5-ci yerə yüksəlmişdir.

Trek siyahısı

İstinadlar

Kateqoriya:I-dle minialbomları Kateqoriya:2019-cu ilin debüt minialbomları