Karl Foy (; ) — alman filoloqu, şərqşünas-türkoloq, şair. Almaniyanın türkologiya üzrə ilk professoru.
Həyatı Karl Artur Filipp Henrix Foy şimal-şərqi Almaniyanın Lüdviqslust şəhərində anadan olmuşdur. Erkən yaşlarından yunan dilinə həvəs göstərmiş, Leypsiq Universitetində yunan filologiyası oxumuşdur. Alman filoloqu Georq Kurtsiusun tələbəsi olmuşdur. 1879-cu ildə "Yunan vulqar dilinin fonetik sistemi" () adlı ilk əsəri çap edilmişdir.
Daha sonra İstanbulda Odisey Neqroponte ailəsinin yanında qalmış, türk və alban dillərini öyrənmişdir. Bu məşhur yunan ailənin Parisə getməsindən sonra Böyükadada qalmış, daha sonra Yunanistana getmişdir. 1890-cı ildə Almaniyaya dönərək Berlindəki Şərq Dilləri Seminarı () institutunda türk dili müəllimi olaraq çalışmışdır. Avqust Fişer ilə birgə "Şərq Dilləri Seminarının Xəbərləri" () jurnalının "Qərbi Asiya Tədqiqatları" bölməsinin redaktoru olmuşdur.
Türkologiya sahəsində Karl Foy fonetika problemləri üzrə ixtisaslaşmışdır. Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsinə "Güney türkcəsi" adını verərək, Anadolu və Azərbaycan coğrafiyalarındakı dialektləri incələmişdir. K. Foy Azərbaycan dilini tədqiq edilməsində böyük nailliyyətləri olmuşdur. Onun 1903–1904-cü illərdə nəşr olunmuş Azərbaycan dilinin qrammatikası bir neçə onilliklər ərzində (sovet dilçilərinin əsərləri üzə çıxana qədər) Qərbdə bu dilin nümunəvi qrammatik təsviri olmuşdur (bu əsər 2011-ci ildə yenidən nəşr edilmişdir). Onun başqa türk dillərinin də öyrənilməsində böyük xidmətləri olmuşdur. Xüsusilə alman ekspedisiyaları tərəfindən aşkar edilmiş manixey qrafikası ilə yazılmış Turfan fraqmentlərini tədqiq edən ilk alman türkoloqudur.
Əsərləri Lautsystem der griechischen Vulgärsprache (Leypsiq, 1879). Lieder vom goldenen Horn (Leypsiq, 1888). Der Purismus bei den Osmanen. MSOS WAS 1 (1898), 20–55. Karaïmisch-türkische Sprachproben aus Kaliç in Galizien. MSOS WAS 1 (1898) 172–184. Das Aidinisch-Türkische. Keleti Szemie 1 (1899), 177–194, 286–307. Studien zur osmanischen Syntax. I. Das Hendiadyoin und die Wortfolge von ana baba. MSOS WAS 2 (1899), 105–136, 293. Der Personenname aydemir und das Wort demir. MSOS WAS 2 (1899), 287–293; MSOS WAS 3 (1900), 216f. Türkische Vokalstudien, besonders das Köktürkische und Osmanische betreffend. MSOS WAS 3 (1900), 180–215. Die ältesten osmanischen Transscriptionstexte in gothischen Lettern. MSOS WAS 4 (1901), 230–277; 5 (1902), 233–293. Azerbajǧanische Studien mit einer Charakteristik des Südtürkischen I. MSOS WAS 6 (1903), 126–193; 7 (1904), 197–265. Die Sprache der türkischen Turfan-Fragmente in manichärischer Schrift I. Einleitung. SBPA, Phil.-hist. Kl. 53 (1904), 1389–1403. Türkischer Katalog islamischer Bleisiegel, angezeigt. MSOS WAS 7 (1904), 277–279. Die Windrose bei Osmanen und Griechen mit Benutzung der Baḥrijje des Admirals Pīr-i-Reʼīs vom Jahre 1520 f. Ein Fragment von Karl Foy. Aus dem Nachlasse herausgegeben von Friedrich Giese. MSOS 2. Abt. 11 (1908), 234–247.
İstinadlar
Kateqoriya:Almaniya alimləri Kateqoriya:Alman alimlər Kateqoriya:Almaniya şərqşünasları Kateqoriya:Türkoloqlar Kateqoriya:Almaniya şairləri Kateqoriya:Alman şairlər Kateqoriya:Almaniya filoloqları Kateqoriya:Almaniya dilçiləri