Aleksandr (; ) — 1917–1920-ci illərdə hakimiyyətdə olmuş Yunanıstan kralı. O, kral I Konstantin və kraliça Sofiyanın ikinci oğlu idi.
Hakimiyyəti
Birinci Dünya müharibəsi zamanı Antanta dövlətlərinin atası I Konstantini taxtdan imtina etməyə məcbur etməsindən sonra, 12 iyun 1917-ci ildə taxta çıxmış və bu dövlətlərin tərəfində müharibəyə qatılmağa razılıq vermişdi. Lakin qısa müddət sonra Yunanıstanın Baş naziri olan Elefterios Venizelos, müharibədən sonrakı sülh müqavilələrində diplomatik nailiyyətlər əldə etmişdir. 1920-ci il Sevr müqaviləsi və 1919-cu il Nöyi sülhü ilə Osmanlılardan İzmir ilə Şərqi Frakiya və Qərbi Frakiyanı, Bolqarıstandan isə Frakiyadakı torpaqları almışdır. Daha sonra isə o, Aleksandrı Anadolu torpaqlarını ələ keçirfərək ölkə sərhədlərini genişləndirməyə razı salmışdır.
Ölümü
Aleksandr bu planları tam həyata keçirə bilmədən, bir Bərbər meymununun dişləməsi nəticəsində yaranmış yaraların infeksiyaya yoluxmasına görə, 23 gün sonra qan zəhərlənməsindən (sepsis) vəfat etmişdir.
Səfərləri və sui-qəsd cəhdi
Kral I Aleksandr Frakiyanın yunanlar tərəfindən ələ keçirilmiş ərazilərini gəzərkən, 8 iyul 1920-ci ildə Dədəağacda şəhərin adının Aleksandrupolis (Aleksandrın şəhəri) olaraq dəyişdirildiyini elan etmişdir.
Aleksandra müşayiətçiləri ilə birlikdə Gümülcinədən Ədirnəyə gələrkən sui-qəsd cəhdi edilmişdir. Bolqar komitəçilər tərəfindən təşkil edildiyi güman edilən sui-qəsd cəhdi, kralı daşıyan qatarın Dədəağaca çatmasından on dəqiqə əvvəl dəmir yolu xəttinə qoyulan bomba ilə həyata keçirilməli idi.“Yunan Kralına Suikast”, Alemdar 4 avqust 1920, nr. 2895
25 iyul 1920-ci ildə Frakiyadakı işğal hərəkatı başa çatdıqdan sonra, I Aleksandr yeni işğal edilmiş yerləri görmək üçün səfərə çıxmışdır. İzmir taborunun başında əvvəlcə Ədirnəyə, oradan Kırklareli yolu ilə Midyəyə getmişdir. Yeoryos Averof zirehli kreyseri ilə Gelibolu və İzmir yolu ilə Afinaya qayıtmışdır.“Kral Aleksandros Kırkkilise’de” Vakit 4 avqust 1920 nr. 943
Mənbə
İstinadlar
Kateqoriya:Yunanıstan kralları