I Robert (; ) — Şotlandiya kralı. Birinci Şotlandiya Müstəqillik müharibəsi boyunca hakimiyyətdə oldu və ingilislərə qarşı ölkəni cəsarətlə müdafiə etdi.
Şotlandiya kralı I Davidin şəcərəsindən olan Robert Vilyam Vollesin İngiltərə kralı I Eduarda qarşı üsyanında yer aldı və 1298-ci ildə Şotlandiyanın qoruyucusu ünvanı aldı. Ancaq həmkarlarından İohann Kominin öldürülməsində adı hallandı və bu səbəblə, Roma papası V Klement tərəfindən 1306-cı ilin fevralında aforoz edildi. Ölkədəki gücünü itirməmək üçün dərhal taxt iddiasını irəli sürdü və 25 mart 1306-cı ildə keçirilən tacqoyma mərasimiylə özünü Şotlandiya kralı elan etdi. Ardından ingilislərlə və taxt iddiası irəli sürən yerli rəqiblərinə qarşı mübarizəni davam etdirdi. 1309-cu ildə ilk parlamentini topladı. Ard-arda qazandığı hərbi zəfərlərin ardından ingilislər Şotlandiyanın bölgədəki gücünü tanıdı.
1320-ci ildə şotland əsilzadələr I Robertin suveren hökmdar olmasıyla bağlı bəyannamə hazırlayaraq Roma papası XXII İohanna təqdim etdilər. Roma papasının bu bəyannaməni 1324-cü ildə təsdiq etməsi və 1326-cı ildə Fransa ilə ittifaqın yenilənməsi ilə I Robert suveren hökmdar olaraq hakimiyyəti ələ aldı.
1327-ci ildə baş tutan taxt çevrilişiylə İngiltərə kralı II Eduard oğlunun lehinə taxtdan əl çəkdi və yeni kralın adına hakimiyyəti ələ alan naibləri ertəsi il I Robertin Şotlandiyadakı hakimiyyətini tanıyan bir sülh müqaviləsi bağladı.
Ailəsi İlk evliliyi 1296-cı ilin əvvəlində Mar qrafının qızı İzabella ilə baş tutdu və cütlüyün bu nigahdan bir qızı doğuldu. Ancaq xanımı doğuş əsnasında vəfat etdi.
Marjori Brus (1296 - 2 mart 1316)
İkinci evliliyi 1302-ci ildə Ulster qrafının qızı Yelizaveta Bruqla baş tutdu. Cütlüyün bu nigahdan 5 uşağı doğuldu və bunlardan yalnız biri yetkinlik yaşına çatmadan vəfat etdi.
Marqarita Brus (?-30 mart 1346) Matilda Brus (?-30 iyul 1353) II David İohann Brus (5 mart 1324 - oktyabr 1327) – II Davidin əkiz qardaşı. Yelizaveta Brus (?-1364)
Mənbə
. . . . . . , with copious original source materiéls. Duncan, A.A.M. (Editor), (1999) John Barbour: The Bruce Canongate. . Grant, Alexander, (1984) Independence and Nationhood: Scotland 1306–1469 Edward Arnold. . Grant A, and Stringer, Keith J., (1995) Uniting the Kingdom? The Making of British History Routledge, pp. 97–108. .
. . . Mackenzie, Agnes Mure (1934), Robert Bruce, King of Scots. . . . . .
.
Geoffrey the Baker's: Chronicon Galfridi le Baker de Swynebroke, ed. Edward Maunde Thompson (Oxford, 1889).
İstinadlar Kateqoriya:Orta əsrlər əfsanələri