Pirifoy, həmçinin Piritoy, Perifoy (; ) — qədim yunan mifologiyasında personaj, lapif tayfasının nümayəndəsi, Fessaliya çarı, İksionun oğlu. Başqa bir versiyaya görə, Zevsin oğludur. Onun hakimiyyəti dövründə lapiflərlə kentavrlar arasında münaqişə başlamışdır. Pirifoy Afina padşahı Teseyin ən yaxın dostu olmuş, onunla Amazonlara qarşı yürüşdə, Etoliyada Kalidon qabanının ovunda, Yelenanın qaçırılmasında və bəzi mənbələrə görə, arqonavtlarla Kolxidaya qədər səyahətdə iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Lapif padşahları Kateqoriya:Kalidon ovunun iştirakçıları Kateqoriya:Fessaliya mifologiyası Kateqoriya:Herakl mifləri Kateqoriya:Tesey mifləri