Küçəkənd — Azərbaycan Respublikasının Ucar rayonunun Pirkənd kənd inzibati ərazi dairəsində kənd.
Küçəkənd kəndinin qədim adı Köçəkənd olmuşdur. Toponim “köç” və “kənd” sözlərindən ibarət olub, “köç kəndi” mənasındadır. Bu yaşayış məntəqəsi keçmişdə köçəri maldarlıqla məşğul olmuş, beş evli, Kəbləsadıqlı, Məhərrəmli və Əsgərli ailələrinin məskunlaşması nəticəsində bu cür yaranmışdır.
Tarixi Küçəkənd kəndi Pirkən ərazi vahidini (sovetliyin) tərkibindədir. Rayon mərkəzindən 20 km şərqdə Şirvan düzündə və aranda yerləşir.
Şirvan düzündədir. Qədim adının Köçəkənd olduğu söylənilir. Tədqiqatçılar oykonimi "koc kəndi" kimi izah edirlər. Yaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş beşevli, kəbləsadıqlı, məhərrəmli və əsgərli nəsillərinin məskunlaşması nəticəsində yaranmışdır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 418.
Mədəniyyəti Kənddə 2 orta məktəb, klub, kitabxana, yanacaqdoldurma məntəqəsi, rabitə şöbəsi və ictimai iaşə obyektləri vardır.
Coğrafiyası və iqlimi Sahəsi 1358 ha-dır. Bakı-Tbilisi dəmir yolu və Bakı-Tbilisi avtomobil yolu kəndin ərazisindən keçir.
Əhalisi Kənddə 1409 nəfər əhali yaşayır və 366 ev ailə vardır (2005-ci il).
2009-cu ildə isə əhalinin sayı 1519 nəfərə çatmışdır.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Küçəkənd kəndindən bir çox ziyalılar və elm adamları çıxmışdır.
İqtisadiyyatı Əhali pambıqçılıq, taxılçılıq, bağçılıq, baramaçılıq, heyvandarlıq və s. ilə məşğuldur.
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri