2024–25 UEFA Avropa Liqası — Avropanın UEFA tərəfindən təşkil edilən ikinci dərəcəli klublararası futbol turnirinin 54-cü mövsümü və turnirin adının "UEFA Kuboku"ndan "UEFA Avropa Liqası"na dəyişdirilməsindən sonrakı 16-cı mövsümü. 2024–25 mövsümü 32 komandalı qrup mərhələsinin 36 komandalı liqa mərhələsi ilə əvəz edildiyi yeni formatda oynanılan ilk mövsüm olacaq. Nəticədə turnirdə keçirilən oyunların ümumi sayı 141-dən 189-a yüksələcək. Yeni format həmçinin komandaların Çempionlar Liqasının pley-off mərhələsindən Avropa Liqasının pley-off mərhələsinə keçməsinə imkan vermir. Nəticədə, Avropa Liqasının qalibləri avtomatik olaraq Çempionlar Liqasına vəsiqə qazanarsa və Çempionlar Liqasında məğlub olaraq turnirdən çıxarsa, yenidən Avropa Liqasında davam edə bilməyəcəklər. Bu isə yeni formatda Avropa Liqası qaliblərinin öz titullarının qoruyub saxlaya bilməyəcəyi deməkdir.
Turnirin finalı 21 may 2025-ci ildə İspaniyanın Bilbao şəhərindəki San Mames stadionunda keçiriləcək. 2024–25 UEFA Avropa Liqasının qalibləri avtomatik olaraq 2025–26 UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq və 2025-ci il UEFA Super Kubokunda 2024–25 UEFA Çempionlar Liqasının qalibləri ilə oynamaq hüququ əldə edəcək.
Qatılacaq komandaların müəyyənləşməsi
Ölkə sıralaması +2024–25 UEFA Avropa Liqası üçün assosiasiyaların reytinqiSıraAssosiasiyaXalKomandaQeyd1109.5702292.998382.481481.926561.164659.900756.216842.200936.4001034.0001132.3751232.1001331.67511429.5001529.0501629.0001727.8251826.21501925.4001SıraAssosiasiyaXalKomandaQeyd2025.22512125.0002224.4752323.7502420.7502520.6252620.5002720.0002819.7502916.6253012.6253112.5003212.2503311.0413411.00003510.6253610.3753710.2003810.000SıraAssosiasiyaXalKomandaQeyd399.8750409.875419.750429.000438.750448.583458.250468.000477.582487.250496.250506.166515.791525.500535.165544.750551.999
Liqa mərhələsi
Cədvəl
Nəticələr
İstinadlar Kateqoriya:UEFA Avropa Liqası mövsümləri