Azərbaycan Karate Federasiyası (AKF) — 1997-ci ildən fəaliyyət göstərən Assosiasiyanın (AKFA) hüquqi varisi olaraq formalaşmışdır. 27 iyul 2023-cü ildə Assosiasiyanın adı dəyişdirilərək Azərbaycan Karate Federasiyası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

Karate idman növünün inkişaf strategiyası və vahid sistem siyasəti

Azərbaycan Karate Federasiyası ölkəmizdə karate idman növünün vahid sistem əsasında inkişafını təmin edən yeganə qurum kimi fəaliyyət göstərir. Federasiya Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınır və beynəlxalq arenada Dünya Karate Federasiyasının (World Karate Federation - WKF) rəsmi nümayəndəsi statusuna malikdir.

Federasiya karate idman növünün bütün istiqamətlərini əhatə edən struktur və inkişaf siyasəti həyata keçirir. Bu siyasət ölkə daxilində karate idman növünün sistemli inkişafını, beynəlxalq standartlara uyğunlaşdırılmasını və vahid idarəetmə mexanizminin təmin olunmasını nəzərdə tutur.

Vahid sistem siyasətinin əsas prinsipləri Karate idman növünün bütün sahələrinin (idman karatesi, ənənəvi karate, kontakt karate) vahid sistemdə fəaliyyətini əlaqələndirmək;

Regionlar üzrə karate idman növünün inkişafını təmin etmək, yerli birlik və klubların fəaliyyətini dəstəkləmək;

Gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə kütləviliyi genişləndirmək;

Hakimlərin, məşqçilərin və idmançıların bilik və bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək;

Dünya və Avropa çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edilməsi üçün məqsədyönlü hazırlıq planlarını həyata keçirmək.

Federasiyanın tərkibində fəaliyyət göstərən əsas üslublar Əsas xətt (ana xətt);

İdman karatesi (WKF).

Ənənəvi karate üslubları və birlikləri:

“KWU-WFKF” birliyi; Fudokan; Şotokan; Şito-Ryu; Qocyu-Ryu. Kontakt karate üslubları: Kyokuşin; Koşiki; Aşihara.

Federasiyanın hüquqi statusu və beynəlxalq tanınması Azərbaycan Karate Federasiyası (AKF) 1997-ci ildən fəaliyyət göstərən Assosiasiyanın (AKFA) hüquqi varisi olaraq formalaşmışdır. 27 iyul 2023-cü ildə Assosiasiyanın adı dəyişdirilərək Azərbaycan Karate Federasiyası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

Federasiya sonradan beynəlxalq təsisatlara uyğunluq məqsədilə rəsmi adını və strukturunu yenidən formalaşdırmış və Azərbaycan Gənclər və İdman Nazirliyi Kolleqiyasının müvafiq qərarı ilə təsdiq edilərək akkreditasiya olunmuşdur. Bu statusla Azərbaycan Karate Federasiyası ölkəmizdə karate üzrə yeganə tanınan və rəsmi akkreditə olunmuş federasiya kimi fəaliyyət göstərir.

Azərbaycan Karate Federasiyası vahid sistem siyasəti əsasında ölkədə karate idman növünün dayanıqlı inkişafını təmin edir. Federasiya öz fəaliyyətində dövlətin idman siyasətinə tam uyğun olaraq beynəlxalq standartlara cavab verən idmançılar yetişdirilməsini və Azərbaycan bayrağının beynəlxalq arenalarda layiqincə təmsil olunmasını qarşısına məqsəd qoyur.

Federasiyaya Millət vəkili, karate üzrə 8-ci dan qara kəmər sahibi, Azərbayacan Respublikasının fəxri bədən tərbiyəsi və idman xadimi, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev rəhbərlik edir.

Karate Kateqoriya:Azərbaycanda karate

İstinadlar

Sosial media hesabları Rəsmi Facebook hesabı Rəsmi Instagram hesabı Rəsmi TikTok hesabı Rəsmi WhatsApp kanalı

Tədbirlər platforması

Reytinq yarışları üzrə idmançıların sıralanması Yarışların onlayn idarə olunması sistemi