The Callisto Protocol — Striking Distance Studios tərəfindən hazırlanmış və Krafton tərəfindən təqdim olunmuş 2022-ci ilə aid survival horror oyunu. Oyun 2 dekabr 2022-ci ildə PlayStation 4, PlayStation 5, Windows, Xbox One və Xbox Series X/S üçün buraxılmışdır. Oyun Dead Space seriyasının yaradıcısı Qlen Skofild tərəfindən idarə olunmuşdur və seriyanın varisi olaraq qəbul edilir.
Hekayə ulduz gəmisinin kapitanı Ceykob Li (Coş Duamel) haqqında danışır. O, qəza edərək Yupiterin Kallisto peykinə enir və burada həbs edilərək yüksək təhlükəsizlikli həbsxanada saxlanılır. Daha sonrasında həbsxanada sirli bir xəstəlik yayılır və nəticədə Ceykob burada sağ qalmaq üçün mübarizə aparmalı olur. O, yavaş-yavaş onu əsir götürüb həbs edənlərin qaranlıq sirlərini öyrənir. Oyun prosesində oyunçular bir sıra səviyyələri araşdıraraq, resurslar və məlumat qeydləri toplayaraq infeksiyaya uğramış məhbuslarla mübarizə aparmalıdır.
The Callisto Protocol-un inkişafı 2019-cu ilin iyun ayında Striking Distance Studios-un yaradılması ilə başladı. O, əvvəlcə PUBG: Battlegrounds kainatında qurulmuş bir oyun kimi inkişaf etdirildi, daha sonra orijinal əqli mülkiyyətə çevrildi. Oyun tənqidçilərdən qarışıq rəylər aldı və Kraftonun satış gözləntilərini doğrulda bilmədi.
İstinadlar
Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:2022-ci ilin videooyunları Kateqoriya:2022-ci ilin videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Xbox Series X və Series S videooyunları Kateqoriya:PlayStation 4 Pro enhanced videooyunları