Atamın yenə 17 yaşı var () — 2009-cu ildə New Line Cinema tərəfindən istehsal olunmuş komediya filmi. Film 37 yaşlı Maykın (Metyu Perri) 17 yaşlı orta məktəb şagirdinə (Zak Efron) çevrilməsindən bəhs edir. Filmin rejissoru Burr Stirs olmuşdur. Filmdə baş rolları Zak Efron, Metyu Perri, Lesli Mann, Tomas Lennon, Mişel Traxtenberq və Sterlinq Nayt ifa etmişdirlər. Film istehsal olunduğu ölkə olan ABŞ-da 17 aprel 2009-cu ildə, Türkiyədə isə 19 iyun 2009-cu ildə nümayiş olunmuşdur. DVD və Blu-ray Disc buraxılış tarixi isə 11 avqust 2009-cu il kimi göstərilmişdir.

Reaksiyalar

Təxmini büdcəsi 20 milyon dollar olan Atamın yenə 17 yaşı var filminin dünya miqyasında kommersiya nailiyyəti 136 milyon ABŞ dollarından çoxdur.

Rotten Tomatoesdə filmin haqqında olan 140 rəydən 56%-i müsbət olmuşdur.

İstinadlar

Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:ABŞ-nin fentezi komediya filmləri Kateqoriya:İngilis dilində fentezi komediya filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:2009-cu il haqqında filmlər