Ömər Lütfi Barkan (; ) — Türkiyə tarixçisi , Osmanlı imperiyasının iqtisadi tarixi üzrə mütəxəssis.
Həyatı Ömər Lütfi Barkan 1902-ci ildə Ədirnədə anadan olmuşdur. Barkanın Fatma adlı bir bacısı var idi. Orta məktəbi Ədirnədə, sonra oradakı pedaqoji liseyi bitirmiş, oranı bitirdikdən sonra üç il məktəb müəllimi işləmişdir. Sonra İstanbula köçmüşdür. Orada Darülfünunda fəlsəfə təhsili almışdır. Evli idi və üç oğlu var idi. 23 avqust 1979-cu ildə İstanbulda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə tarixçiləri Kateqoriya:Türk tarixçilər Kateqoriya:Türkiyə osmanlışünasları Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Türkiyə ordinar professorları