Rəşad Məmmədov (22 dekabr 2001, Şəmkir rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçi.

Həyatı Rəşad Məmmədov 22 dekabr 2001-ci ildə Şəmkir rayonumin Talış kəndində anadan olub. 2009-cu ildə güləşlə məşğul olmağa başlayıb. Vaqif Feyzullayevin rəhbərliyi altında məşq edir, Neftçi İdman Klubunda çıxış edir. Azərbaycan İdman Akademiyasında təhsil alıb.

Karyerası Rəşad Məmmədov 2023-cü ildə Azərbaycan Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2024-cü ilin fevralında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında yunan-roma güləşi üzrə Azərbaycan yığmasının aparıcı üzvü Eldəniz Əzizli zədələndiyinə görə son Azərbaycan çempionu, gənc Rəşad Məmmədov heyətə cəlb edildi. Həmin turnirdə Məmmədov final görüşünə qədər bütün rəqibləri üzərində qələbə qazansa da, həll edici görüşdə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. Mayda isə o, Azərbaycanda baş tutan U23 Avropa Çempionatında bürünc medalın sahibi oldu. Həmin ilin noyabrında isə Məmmədov Tirana şəhərində (Albaniya) 23 yaşlılar arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq gümüş medalın sahibi oldu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12024Avropa Çempionatı Rumıniya2.2U-23 Avropa Çempionatı Azərbaycan3.3U-23 Dünya Çempionatı Albaniya2.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları