Sürəyya Haşım qızı Əliyeva () – SSRİ dövründə yaşamış Azərbaycan tütünçüsü. 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Bioqrafiyası Sürəyya Həşim qızı Əliyeva 1926-cı il fevralın 12-si Azərbaycan SSR-nin Nuxa rayonunun Qaradağlı kəndində (indiki Şəki rayonu) anadan olmuşdur. 1943-cü ildə Bağırov adına kalxozun üzvü, 1950-ci ildən Şəki rayonunun Azərbaycan kalxozunda tütünçü olmuşdur. 1949-cu ildə zavod 3,1 hektar sahədən 34,3 senter Trapezond tütünün məhsulu almışdır. Azərbaycanın ictimai həyatında fəal olmuşdur. 1954-cü ildən Sov. İKP üzvü və Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış deputatı kimi fəaliyyət gostərmişdir.

Mükafatlar Sürəyya Əliyeva SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 avqust 1950-ci il tarixli fərmanı ilə yüksək tütün məhsulu əldə etdiyinə görə Əliyeva Sürəyya Həşim qızı Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına və "Oraq və Çəkic" qızıl medalına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР» от 17 августа 1950 г. // Ведомости Верховного Совета СССР. — 05.09.1950. — № 25 (640). — С. 1. Kateqoriya:Tütünçülər Kateqoriya:Şəki rayonunda doğulanlar Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları