Sovqat Baba qızı Məmmədova ()— Azərbaycan-sovet tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı.
Həyatı 1931-ci ildə Azərbaycan SSR Nuxa rayonunun Bideyiz kəndində (indiki Şəki rayonunun kəndi) anadan olub. Ölüm ili məlum deyil. 1948-ci ildən — briqada rəhbəri, 1953-cü ildən Şəki rayonunun Lenin adına kolxozunda kolxozçu olmuşdu. 1949-cu ildə 3 hektar sahədən hər hektardan 20,1 sentner olmaqla məhsul əldə etmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1950-ci il tarixli fərmanı ilə 1949-cu ildə yüksək tütün məhsulu əldə etdiyinə görə Məmmədova Soqat Baba qızı Lenin ordeni və "Oraq və çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР» от 17 июня 1950 г. // Ведомости Верховного Совета СССР. — 18.07.1950. — № 17 (632). — С. 1.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Tütünçülər