Musa İbrahimov — Rusiya futbolçusu.

Klub karyerası Musa İbrahimov 2016-cı 12 mart tarixində Rusiya Futbol Milli Liqasında FC Yenisey Krasnoyarsk komandasının heyətində Baykal İrkutsk FK ilə oyunda debüt etmiş və bu ilk oyunundaca fərqlənmişdir. Bir il klubsuz qalmış, 2017-ci ilin birinci yarısında II Liqa klubu "Volqa" Tverin heyətində çıxış etmişdir. 2017/2018-ci illər mövsümünü "Noste" klubunun heyətində keçirmişdir. 2019-cu ilin ikinci yarısında Belarusiya birinci liqasının komandası "Volna" Pinsk klubunun heyətində çıxış etmişdir. 2020-ci ilin avqustunda "Ximik" klubuna transfer olmuşdur. Bir il sonra Tacikistan çempionatında "Ravşan" Kulyab klubunun heyətində çıxış etməyə başlamışdır. 2022-ci ilin martından "Veles-2020" Vitebsk klubuna transfer olmuş və Belarusiya kubokunda iki oyunda iştirak etmişdir. 2022-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər əvvəlcə Krımın "Qızıltaş" klubunda, daha sonra Rusiyanın ikinci liqa klubu "Peresvet"in heyətində çıxış etmişdir. 2023/2024-cü illər mövsümündən etibarən Pavlovski Posadın "Kompozite" klubunda oynayır.

İstinadlar

Xarici linklər Profile by Russian Football National League

Profile at Crimean Football Union

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Ukraynda legioner Rusiya idmançıları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular