Aleksandra Coy Mollenhauer (; ) – əslən amerikalı olan Azərbaycan basketbolçusu. "Estudiandes" basketbol klubunda və Azərbaycan milli 3x3 basketbol komandasında çıxış edir. İki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdur.

İlk illəri Aleksandra Mollenhauer 4 may 1998-ci ildə ABŞ-nin Texas ştatında doğulmuşdur. Atası Skot Mollenhauer də basketbolçu olmuş, "Qala", "NTD" və "Aztop" kimi Azərbaycan klublarından çıxış etmiş, karyerasını başa çatdırdıqdan sonra Azərbaycanda qalaraq məşqçi kimi işləməyə başlamışdır.

5 yaşı olanda Mollenhauer ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 5 yaşında atasının rəhbərliyi altında basketbol oynamağa başlamışdır. Mollenhauer 18 yaşına qədər Azərbaycanda yaşadıqdan sonra ABŞ-yə köçmüşdür.

Peşəkar karyerası Mollenhauer 15–16 yaşında olanda Azərbaycan milli basketbol komandasının heyətinə cəlb olunmuşdur.

Mollenhauer 2017-ci ildə Bakıda keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının tərkibində qızıl medal qazanmışdır. 2022-ci ilin avqustunda Konyada keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının tərkibində növbəti dəfə qızıl medalın qalibi olmuşdur.

Mollenhauer 2024-cü ilin aprelində Honkonqda keçirilmiş 3x3 basketbol təsnifat turnirində Azərbaycan milli komandası ilə qalib olmuşdur. Nəticədə, Azərbaycan milli 3x3 basketbol komandası tarixində ilk dəfə olimpiya oyunlarında iştirak etmək hüququ əldə etmişdir.

Şəxsi həyatı Mollenhauerin atası Skott Mollenhauer Azərbaycan milli basketbol komandasının köməkçi məşqçisidir.

İstinadlar

Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:Azərbaycanın qadın basketbolçuları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar