Luici Lonqo () — İtaliya və beynəlxalq kommunist və fəhlə hərəkatı xadimi.
Həyatı Kəndli ailəsində dogulmuşdur. 1920-ci ildə Sosialist Partiyasına, 1921-ci ildə isə yenicə yaranmış İtaliya Kommunist Partiyasına (İKP) daxil olmuşdur. 1921–1928-ci illərdə İtaliya Kommunist Gənclər İttifaqı (İKGİ) rəhbərliyinin, 1924–1926-cı illərdə isə onun Katibliyinin üzvü idi. Kominternin 4 və 6-cı, Kommunist Gənclər İnternasionalının (KGİ) 3 və 5-ci konqreslərində iştirak etmişdir. 1926-cı ildə İKP MK üzvü seçilmiş və İKGİ-nin KGİ İcraiyə Komutəsində nümayəndəsi kimi Moskvaya göndərilmişdir. 1932-ci ildən Kominternin İcraiyyə Komitəsində İKP-nin nümayəndəsi idi. İspaniyada antifaşist müharibəsi (1936–1939) başlandıqdan sonra Luici İspaniya respublikasına yardımın təşkilatçılarından, Beynəlmiləl briqadaların yaradıcılarından (Qallo adı ilə onların baş müfəttişi) olmuş, bir çox döyüşlərdə iştirak etmişdir: respublikanın məğlubiyyətindən sonra Fransaya getmiş, 1941-ci ildə "Vişi" hakimiyyət orqanları tərəfindən İtaliyanın faşist hökumətinə təhvil verilmişdir. İtaliyada faşist rejimi devrilənədək (1943) həbsdə və sürgündə olmuşdur. Alman-faşist işğalçılarına qarşı milli azadlıq müharibəsi dövründə (1943–1945) partizan hərəkatının əsas təşkilatçı və rəhbərlərindən biri olmuşdur. 1946-cı ilin yanvarından İKP baş katibinin müavini, 1964-cü ilin avqustundan baş katibi olmuşdur. 1972-ci ildən İKP-nin sədri olmuşdur. 1948–1979 illər arasında İtaliya parlamentinin deputatı olmuşdur.
İstinadlar
Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:XX əsr İtaliya siyasətçiləri Kateqoriya:Marksistlər