Bəlucistan Azadlıq Cəbhəsi () — Bəlucistan regionunda fəaliyyət göstərən silahlı qruplaşma. Qruplaşma 1964-cü ildə Dəməşqdə Cümə Xan tərəfindən yaradılmış, 1968–1973-cü illərdə İranın Sistan və Bəlucistan ostanında və 1973–1977-ci illərdə Pakistanın Bəlucistan əyalətində baş verən qiyamda mühüm rol oynamışdır. Buna baxmayaraq, qruplaşmanın üsyanı həm Pakistanda, həm də İranda məğlub olmuş və qruplaşmanın statusu 2004-cü ilə qədər məlum deyildi. Qruplaşma 2004-cü ildə Allah Nəzər Bəluc 2003-cü ildə qrupa komandanlıq etməsindən sonra yenidən meydana çıxmışdır. O vaxtdan bəri qrup mülki şəxslərə, jurnalistlərə, hökumət rəsmilərinə və hərbçilərə hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdür.

İstinadlar

Kateqoriya:Bəlucistan