Deniel Qoulman () — ABŞ psixoloq, yazıçı və jurnalisti. On iki il ərzində o, The New York Times beyin və davranış elmləri haqqında yazılar yazıb. Onun 1995-ci ildə yazdığı bir çox ölkədə bestseller olan Emosional zəka adlı kitabı bir il yarım ərzində "The New York Times" bestseller siyahısında olub və bütün dünyada 40 dildə çap olunmaqdadır. Emosional zəka mövzulu kitabından başqa, Qoulman özünü aldatma, yaradıcılıq, şəffaflıq, meditasiya, sosial və emosional öyrənmə, ekoloji savadlılıq və ekoloji böhran və Dalay Lamanın gələcəyə baxışı kimi mövzularda da kitablar yazıb.

Bioqrafiya Deniel Qoulman 7 mart 1946-cı ildə yəhudi ailəsində, Sakit Okean Universitetində sosiologiya professoru olan Fey Qoulmanın və Stokton Kollecində humanitar elmlər üzrə professor olan İrvinq Qoulmanın oğlu kimi, Kaliforniyanın Stokton şəhərində böyüyüb.

Qoulman Harvard Universitetində Klinik Psixologiya üzrə PhD dərəcəsini tamamlamışdır.

Qoulman Harvardda doktorluq dərəcəsindən əvvəl Hindistanda təhsil alıb və ilk kitabını Hindistan və Şri Lankaya səyahətinə əsaslanaraq yazıb.

Fəaliyyəti Qoulman 1996-cı ilə qədər "New York Times"da psixologiya, duyğular və beyin mövzuları üzrə elmi jurnalisti kimi çalışıb. O, Times qəzetindəki fəaliyyətinə görə iki dəfə "Pulitser mükafatı"na namizəd olub. Orada çalışarkən, ən məşhur əsəri olan "Emosional zəka" (1995) kitabını yazmışdır.

Qoulman emosional intellekt sahəsinə verdiyi töhfələrə görə geniş miqyasda tanınıb. Bu anlayış özünü dərk etmək, öz emosiyalarını idarə etmək, empatiya və sosial bacarıqları, mahiyyətcə nə dərəcədə emosiyalarımızı idarə etməyimizi və başqalarının emosiyalarını başa düşdüyümüzü özündə cəmləşdirir. Onun "Emosional zəka" kitabı "TIME" jurnalı tərəfindən biznesin idarə edilməsi sahəsində ən vacib 25 kitabdan biri kimi qeyd edilib.

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1946-cı ildə doğulanlar Kateqoriya:Psixoloqlar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Yəhudilər Kateqoriya:ABŞ publisistləri Kateqoriya:ABŞ psixoloqları