thumb|258x258px|Maye dərman formasının ağızdan təyini Təyin yolu — farmakologiya və toksikologiyada dərmanın, mayenin, zəhərin və ya digər maddənin orqanizmə daxil olması üsuludur.
Dərmanların orqanizmə yeridilmə yollarının vahid təsnifatı olmasa da, əsasən, yerli (lokal) və sistem xarakterli olmaqla iki qrupa bölünür.
Yerli təyin yolları Dərman maddələrinin orqanizmə yerli təyini yollarına aşağıdakılar aiddir:
Epidermal (dəriüstü, perkutan) İntrakutan (dəriiçi, dəridaxili) Konyuktiva üzərinə İntranazal (burundaxili) İntrabukkal (ağıziçi, yanaqdaxili) İntratekal (subaraxnoidal) İntravaginal İntrarektal İntraplevral İntraperitoneal İntrakardial İntrauterin (uşaqlığın divarına — miometriuma inyeksiya) İntraartikulyar (oynaqiçi).
Epidermal yol Epidermal yolla dərman maddələri məhlul, suspenziya, məlhəm, krem və s. formada, əsasən, dəri xəstəliklərinin müalicəsi məqsədilə təyin olunur.
İntrakutan yol Dərman maddələri dəri içinə, adətən, müxtəlif allergik və ya bakterioloji sınaqların aparılması məqsədilə təyin olunur. Bu yolla, həmçinin, yerli anestetiklər də təyin oluna bilər.
Konyuktiva üzərinə Konyuktiva üzərinə oftalmologiya təcrübəsində istifadə olunan dərman maddələri (oftalmik preparatlar) təyin olunur.
İntranazal yol İntranazal yolla, əsasən, yerli təsir almaq məqsədilə iltihabəleyhinə, antibakterial, vazokonstriktiv təsirli maddələr, yerli anestetiklər təyin olunur.
İntrabukkal yol Bukkal yolla dərman maddələri, əsasən, ağızın selikli qişası və diş ətinin müxtəlif mənşəli xəstəliklərinin müalicəsində təyin olunur.
Sistem təyin yolları Dərman maddələrinin orqanizmə sistem təyini yollarına aşağıdakılar aiddir:
Enteral Parenteral Transdermal İnhalyasyon.
Enteral yol Enteral yolla dərman maddələri həzm kanalına təyin olunur. Bu məqsədlə dərman maddələri orqanizmə ağızdan (oral, per os), sublinqual (dilaltı), bukkal və rektal yolla yeridilir.
Parenteral yol thumb|240x240px|Dərmanın parenteral yolla tətbiqinin 4 forması üçün iynənin müvafiq daxiletmə bucaqları: əzələdaxili, dərialtı, venadaxili və dəridaxili inyeksiya. Dərmanların parenteral qəbul yollarına dərialtı, əzələiçi, venadaxili inyeksiya və infuziyalar, arteriyadaxili və sümük iliyinə (döş sümüyünə) olan inyeksiyalar aid edilir.
Transdermal yol Transdermal yolla dərinin üstünə qoyulduqda oradan orqanizmə sorula bilən dərman maddələri təyin olunur.
İnhalyasyon yol İnhalyasyon qəbulda dərman maddələri orqanizmə inhalyasiya şəklində (tənəffüs havası ilə) təyin olunur.
İstinadlar
Ədəbiyyat siyahısı
Musa Qəniyev. "Farmokologiya (dərslik)", (2 cilddə, I hissə). "TƏBİB" Nəşriyyatı, X nəşr. Bakı, 2019. S. 78–88. Vəli Əsmətov, Musa Qəniyev, Gülnarə Qasımova. "Farmakologiya (Tibb Universiteti tələbələri üçün dərs vəsaiti)". I Nəşr. Bakı, 2023. S. 7–16.
Kateqoriya:Bioloji aktiv maddə