Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon.

Zəmin Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.

Həmçinin bax Qopnik

İstinadlar

Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Peyorativlər