Serbiya bayrağı Serbiya dövlətinin rəsmi bayrağıdır. Onun müasir dizaynı ilk dəfə 2004-cü ildə yaradılmış və 2010-cu ildə isə bayraq son formasını almışdır.
Bayraq yuxarıdan aşağıya doğru, müvafiq olaraq panslavizmin rəngləri olan qırmızı, mavi və ağ rənglərdən ibarət olan üç üfüqi zolaqdan ibarətdir. Bayrağın sol kənarında isə qırmızı qalxan və onun üstündə isə kral tacı ilə bərabər Serbiyanın gerbi yerləşdirilmişdir.
Bayrağın üstündə olan qırmızı rəng vətən üçün tökülən qanı, mavi rəng azadlığı, ağ rəng isə güclü serb övladlarını qidalandıran ana südünü simvolizə edir.
Dizayn
Milli bayrağın rəng tonları və nisbətləri aşağıdakı kimidir.
Sxem Qırmızı Bənövşəyi Mavi Ağ Sarı Qara Pantone 1797C 704C 541C White 143C Black CMYK 0-73-69-22 0-90-70-30 90-46-0-53 0-0-0-0 4-24-95-0 0-0-0-100 RGB 199-54-61 161-45-46 12-64-119 255-255-255 237-185-45 0-0-0 Hexadecimal #C7363D #A12D2E #0C4077 #FFFFFF #EDB92E #000000
küçükresim|center|upright=2.27|Bayrağın ölçüləri
Tarixi bayraqlar
Digər bayraqlar
Qalereya
Həmçinin bax
Serbiya gerbi
İstinadlar
Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Heyvan təsviri olan bayraqlar Kateqoriya:Xaçlı bayraqlar Kateqoriya:Ağ, göy və qırmızı bayraqlar