– Yaponiya bəstəkarı. "Nanivanın Motsartı" ləqəbi ilə tanınmışdır.
Həyatı Taro Kida 1930-cu ildə Hyoqo prefekturasının Takarazuka şəhərində doğulmuşdur. Kvansey Qakuin liseyində oxuyarkən Takuya Fucioka ilə tanqo qrupu qurmuşdur. Kvansey Qakuin Universitetinə daxil olsa da, universiteti atmış, kabaredə pianoçu kimi işləməyə və mahnı bəstələməyə başlamışdır. İlk mahnısını 18–19 yaşlarında "Paramount" kabaresi üçün bəstələmişdir.
Taro Kida karyerasının böyük hissəsini Osaka şəhərində keçirmiş və şəhərin Qərbi Yaponiyada tanınan keçmiş adı ilə "Nanivanın Motsartı" ləqəbini qazanmışdır. Bu ləqəb "Detective! Night Scoop" verilişinin prodüseri olmuş Osamu Matsumotonun mahnılarından birini Motsartın "Kiçik gecə seranadası" əsəri ilə müqayisə etməsindən sonra yaranmışdır.
İşləri Osakada yerləşən "551 Horai" brendinin "Nissin Demae Iccho" ramenləri, "Kani Doraku" restoranlar şəbəkəsi, "Asahipen" brendinin televiziya reklamlarının mahnılarını bəstələmişdir. "Puropozu Daisakusen" və "Niji no Waido Sho" televiziya şouları üçün musiqi bəstələmişdir.
İstinadlar
Xarici keçidlər Rəsmi səhifəsi
Kateqoriya:Yaponiya bəstəkarları Kateqoriya:Yaponiya aranjimançıları Kateqoriya:Yaponiya pianoçuları Kateqoriya:Yaponiya uzunömürlüləri