Ovnatan Ovnatanyan (; ) — erməni rəssamı, Akop Ovnatanyanın oğlu, II İraklinin saray rəssamı.

Həyatı 1730-cu ildə Üçkilsədə irsi erməni sənətkarı ailəsində anadan olmuşdur. Ovnatan Ovnatanyan Akop Ovnatanyanın oğlu idi. O, II İraklinin saray rəssamı kimi çalışmışdır. 1782–1786-cı illərdə tələbələri ilə birlikdə Üçkilsədə kafedralının 1721-ci ildə babası Hövnətan Naqaşın çəkdiyi rəsm əsərini bərpa edib tamamlamışdır. O, həmçinin oğlu Mkrtum tərəfindən tamamlanan Noraşen kilsəsinin rəsmlərinin müəllifidir. Bu rəsmlərin mövzusu narıncı-qırmızı və mavi-bənövşəyi tonlarda hazırlanmış müxtəlif çiçək naxışlarıdır. O, bir sıra müqəddəslərin şəkillərini və İncil mövzularında kompozisiyaları icra etmişdir. Onlardan bəziləri indi Ermənistanın sənət qalereyasında saxlanılır.«Популярная художественная энциклопедия» 2-я книга, издательство «советская энциклопедия», 1986 г.М. Казарян «Художники Овнатаняны» Москва, 1969 г.

1801-ci ildə Tiflisdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:XVIII əsr rəssamları Kateqoriya:Ovnatanyanlar