İrəvan Tarix Muzeyi (; Rom: Yerevani Patmut'yan T'angaran) — Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən tarix muzeyidir. Muzey 1931-ci ildə Kommunal Muzey kimi yaradılmışdır. Hazırda muzey İrəvan meriyasının nəzdindəki binada yerləşir. Binanın memarı Cim Torosyandır.

Tarixi

1931-ci ildən başlayaraq muzey İrəvan Yanğından Mühafizə İdarəsinin binasının ikinci mərtəbəsində iki otaqda yerləşmiş və 1936-cı ildə isə Göy məscidə köçürülmüşdür. 1994-1997-ci illər arasında isə muzey keçmiş Hripsime Qadın Gimnaziyasının binasında yerləşdirilmişdir. 1997-2005-ci illər arasında isə muzey Stepan Şaumyan adına 1 saylı məktəbin binalarından birində fəaliyyət göstərmişdir. 2005-ci ildə isə muzey üçün yeni bina istifadəyə verilmiş və bu bina İrəvan meriyasının binası ilə bərabər bir memarlıq kompleksi təşkil edir.

Kolleksiyası

2017-ci ilə olan məlumatlara əsasən, İrəvan tarix muzeyinin kolleksiyasında qədim zamanlardan bu günə qədər yerli mədəniyyəti nümayiş etdirən edən 94.000-dən çox eksponat mövcuddur.

İstinadlar

Ədəbiyyat

Albert Parsadanyan. School Companion. Yerevan, VMV-Print, 2008, pp. 102–103.

Kateqoriya:İrəvan muzeyləri Kateqoriya:Şəhər muzeyləri