Aleksandr Ogüst Ledru-Rollin () — Fransa siyasi xadimi, xırda burjua demokratı. Vəkil. Fevral inqilabından (1848) sonra Müvəqqəti hökumətdə daxili işlər naziri, 1848-ci ilin mayından İçraiyyət Komissiyasının üzvü olmuşdur. İyun üsyanının (1848) yatırılmasında iştirak etmişdir. 1849-cu ildə Birtaniyaya mühacirət etmişdi. C. Madzinin və L. Koşutla birgə Londonda Avropa Demokrat Komitəsinin əsasını qoymuşdu. 1870-ci ildən Fransaya qayıtmış. 1871-ci ildə isə Mill Məclisə deputat seçilmişdi. Paris Kommunasına (1871) qarşı çıxmışdır.

İstinadlar

Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa hüquqşünasları Kateqoriya:Fransanın dövlət başçıları Kateqoriya:Fransanın daxili işlər nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri