Vladimirs Kolesniçenko (; 4 may 1980, Riqa, Latviya SSR) — Latviya futbolçusu, Skonto klubunun prezidenti (fevral 2012-ci ildən), Latviya milli futbol komandasının və Skonto klubunun keçmiş yarımmüdafiəçisi.

Həyatı 4 may 1980-ci ildə Riqada anadan olub.

Karyera Kolesniçenko peşəkar futbolçu karyerasına 1996-cı ildə Skonto Metalsda başlayıb. Bu komandanın heyətində güclülər dəstəsində 27 oyuna çıxıb və bir qol vurub. 1997-2002-ci illər aralığında Riqa Skontosunda oynayan Vladimirs 121 oyunda 52 dəfə fərqlənib. 2003-cü ildə legioner həyatı yaşamaq qərarı verən futbolçu Rusiyaya üz tutub. Lakin Premyer-Liqa təmsilçisi Torpedodakı çıxışı uzun sürməyib. Belə ki, o, Rusiya klubunun heyətində cəmi 7 oyuna çıxıb. Yenidən Latviyaya qadıdan futbolçu 2003/04 mövsümündə Skontonun heyətində 23 oyuna çıxaraq, rəqib qapılarından 5 qol keçirib. 2004-cü ildə Rusiya Premyer Liqasında çıxış edən Moskva klubu ilə anlaşan Kolesniçenkonun yenə də legioner həyatı uğursuz alınıb. Belə ki, o, zədə səbəbindən cəmi bir oyuna çıxa bilib. 2005-ci ildə Latviyanın Vetra klubu ilə anlaşsa da, bu klubun heyətində debüt edə bilməyib. 2006/07 mövsümünü Ventspils klubuna keçirib və 22 oyunda 3 qol vurub. Birlik Kubokunda İnter Bakı klubunun rəqibi olan futbolçu Latviya klubunda 11 növməri formanı geyinib.

İndiyə qədər 34 dəfə milli komandaya dəvət alıb və 4 qol vurub. O, 9 dəfə - 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2006, 2007 - çempion olub.

İstinadlar

Xarici keçidlər "Latviyanın Mahmud Qurbanovu" Azərbaycanda!

Həmçinin bax

Kateqoriya:Latviya futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Riqada doğulanlar Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri