right|thumb|İsveçrənin Endingen şəhərində yerləşən yaşayış evində iki ayrı qapı (biri yəhudilər, biri xristianlar üçün).
Dini seqreqasiya — insanların dinlərinə görə ayrılması. Termin ictimai hadisə kimi baş verən dini əsaslı seqreqasiya hallarına, eləcə də açıq və ya gizli formada baş tutmasından asılı olmayaraq qanunlardan irəli gələn seqreqasiya hallarına tətbiq edilmişdir. "...[S]egregated schooling, although in theory open to all, is in practice availed of by virtually only one denomination...." Also refers to pre-Partition religious schools which retained their exclusively Catholic demographics after Partition., quoting U.S. Supreme Court Justice Anthony Kennedy in Board of Education of Kiryas Joel Village School District v. Grumet: "...[D]rawing school district lines along the religious lines of the village impermissibly involved the state in accomplishing the religious segregation."
Oxşar dini aparteid termini insanların dinlərinə, o cümlədən sosioloji hadisələrə görə ayrıldığı vəziyyətlər üçün də istifadə edilmişdir., in which Rabbi Dr Jonathan Romain says (at 0:09:29): "If you have separate Jewish, Catholic, Muslim, Sikh, Hindu schools, essentially you're segregating children, you're separating children" and (at 0:11:52): "It's a religious apartheid society we're creating."
Ölkələrə görə İran Şiə islam 1979-cu ildə İran inqilabından bəri İranın dövlət dinidir. İudaizm, xristianlıq və zərdüştilik rəsmi olaraq tanınan və qanunla qorunan dini azlıqlar olsalar da, onlara dini təbliğ etmək və ya müsəlman iranlıların başqa dinlərə keçməsinə icazə verilmir.
Bəhai inancına mənsub olanlar kimi digər dini azlıqlar hökumət tərəfindən tanınmır və buna görə də öz dinlərinə etiqad etmək üçün heç bir qanuni müdafiə və ya konstitusiya hüququ yoxdur. Bəhai Hüquqları üzrə Müsəlman Şəbəkəsi bəhai tələbələrinin dinlərinə görə universitetdən qovulması halları barədə məlumat vermişdir. "Times Higher Education" qəzetinin məlumatına görə, bəhai pedaqoqlarından İran universitetlərində dərs demək üçün öz inanclarından əl çəkmələri tələb olunur.
Malayziya 2015-ci ildə Malayziya hüquq müdafiəçisi Şəfiqə Osman Həmzə Malayziyada müxtəlif dinlərə qarşı aparteid siyasətlərinin tətbiqinin institutlaşdığını və geniş yayıldığını qeyd etmişdir. O, əlavə etmişdir ki, "Malayziyada yaşadıqlarımızın demək olar ki, aparteiddən heç bir fərqi yoxdur".
Pakistan İndiki dövrdə Pakistan rəsmi olaraq islam ölkəsidir və kimin müsəlman, kimin qeyri-müsəlman olmadığını müəyyən edir. Bu şərtlər altında əhmədi müsəlmanlar ölkənin qanunu ilə qeyri-müsəlman elan edilir və onlar öz inanclarını sərbəst şəkildə həyata keçirə bilməzlər. Onlara məscidlərini məscid adlandırmaq, əssalamu əleykum formasında insanlarla görüşmək qadağandır. Əhmədi müsəlmanlar Pakistan daxilində hökumətdən və hər hansı digər yüksək vəzifələrdən kənarlaşdırılır. Əhmədi müsəlmanlarının məktəb, kollec və universitetlərdən əhmədi müsəlman olduqlarına görə qovulması halları qeydə alınmışdır.
Səudiyyə Ərəbistanı 1 mart 2004-cü ilə qədər Səudiyyə Ərəbistanı hökumətinin rəsmi internet saytında yəhudilərin ölkəyə girişinin qadağan edildiyi bildirilirdi, lakin bu təcrübə tətbiq edilməmişdir."The official tourism website stated that Jews were banned from entering the country; however, it was not enforced in practice." United States Department of State. Saudi Arabia , Country Reports on Human Rights Practices - 2004, February 28, 2005.
Məkkədə yalnız müsəlmanlara giriş icazəsi verilir, qeyri-müsəlmanlar isə içəri girə və ya oradan keçə bilməzlər. Qeyri-müsəlman olaraq Məkkəyə girməyə cəhd etmək cərimə kimi cəzalarla nəticələnə bilər.Sandra Mackey's account of her attempt to enter Mecca in Qüyri-müsəlman olaraq Məkkədə olmaq deportasiya ilə nəticələnə bilər.
Mədinədə qeyri-müsəlmanların Əl-Məscid ən-Nəbəvinin yerləşdiyi Nəbəvi meydanına daxil olmasına icazə verilmir.
Həmçinin bax Getto Zimmilər Millət (Osmanlı imperiyası) Kasta Devşirmə
İstinadlar
Kateqoriya:Seqreqasiya Kateqoriya:Dini ayrı-seçkilik Kateqoriya:Din və siyasət Kateqoriya:Din tarixi Kateqoriya:İrqçilik