Bagio — Filippində şəhər.

Bagio paytaxt Maniladan 250 km. şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurort şəhəridir. Şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır.

Əhalisi 273 min (2005). Luson adalarında, Mərkəzi Kordilyer dağlarında, 1450–1600 metr hündürlükdə dir. Filippin hökumətinin yay iqamətgahıdır. ABŞ-nin hakimiyyət orqanları (1898–1934-cü illərdə Filippin ABŞ-nin müstəmləkəsi olmuşdur) tərəfindən 1905-ci ildə Amerika vətəndaşlarının istirahət yeri kimi salınmışdır; amerikan arxitektoru D. H. Börnhemin layihəsi əsasında tikilmişdir. 1954-cü ildə Bagioda SEATO-nun yaranması haqqında müqavilə imzalanmışdır. Turizm mərkəzi (ildə təqribən 1 mln. nəfər), dağ-iqlim kurortudur. Sahilyanı subekvatorial iqlimdən fərqli olaraq Bagionun iqlimi sərindir (iyunun orta temperaturu təqribən 19 °C). Şəhəri əhatə edən şam meşələri iqlim müalicəsiı üçün əlverişlidir. Müq. Luis universiteti (1911-ci ildən), Bagio universiteti (1948-ci ildən), Filippin universitetinin filialı, Filippin Hərbi Akademiyası, botanika bağı var. Bagio qızıl sənayesi rayonunun mərkəzidir. Sənətkarlıq inkişaf etmişdir. 1978-ci ildə Bagioda dünya şahmat birinciliyi uğrunda A. Y. Karpovla B. L. Korçnoy arasında görüş keçirilmişdir.

İstinadlar

Kateqoriya:Filippin şəhərləri