Trombodinamika testi qan laxtalanması sisteminin qlobal bir testidir. Yüksək həssaslıqla qan laxtalanma sisteminin pozğunluqlarını, həm hipo, həm də hiperkoaqulyasiyanı aşkar etməyə imkan verir. Trombların əmələ gəlməsinə meyilliliyin erkən diaqnozu üçün uyğundur. Metod Rusiya Tibb Elmləri Akademiyasının Hematoloji Elmi Mərkəzinin fiziki biokimya laboratoriyasında biologiya elmləri doktoru Fəzail Ataullaxanovun rəhbərliyi ilə hazırlanmışdır. Bu üsula əsaslanan diaqnostik avadanlıq "Hemakor" şirkəti tərəfindən istehsal olunur.
Metodu
Trombodinamika testi - in vivo laxtalanma şəraitinə yaxın şəraitdə, lokallaşdırılmış laxtalanma aktivatoru vasitəsilə başlayan qan laxtalanmasının məkan-zaman dinamikasının in vitro tədqiqi üçün nəzərdə tutulmuşdur. Trombodinamika testi qan laxtalanması zamanı baş verən proseslərin məkan fərqliliyini nəzərə alır. Test plazmanın incə qatında qarışdırılmadan aparılır. Bunu həyata keçirmək üçün qan plazma nümunələri su termostatında yerləşən şəffaf ölçmə küvətinin kanallarına yerləşdirilir. Sonra laxtalanmış qan ilə əhatə olunmuş lövhə küvətə daxil edilir. Beləliklə , aktivator zədələnmiş boru divarını modelləşdirir. Qan plazması aktivatorla təmasda olan kimi laxtalanma prosesi başlayır : lokallaşdırılmış toxuma faktorunun kənarlarında plazma həcmində zədələnmiş damar divarlarında in vivo olduğu kimi fibrin laxtası böyüməyə başlayır. Fibrin laxtasının meydana gəlməsi və böyüməsi prosesi rəqəmsal videokamera vasitəsilə bərabər paylanan işıqda qeydə alınır. Əldə edilmiş kadrlar seriyası qan laxtalanmasının zaman və məkan dinamikası barədə ətraflı məlumat verir. Bu məlumatlar əsasında fibrin laxtasının böyüməsinin məkan-zaman dinamikasının ədədi parametrləri : laxtanın böyüməsinin gecikmə müddəti, laxtanın böyümə sürəti, spontan trombozun olması (aktivatordan uzaqda) hesablanır. Bu eksperimental model tədqiqat işində laxtalanma sisteminin müxtəlif pozğunluqlarına qarşı göstərdiyi yüksək həssaslıqla özünü doğrultdu.
Metodun üstünlükləri Trombodinamika qan laxtalanması zamanı baş verən məkan-heterogen prosesləri nəzərə alan hemostazın diaqnoz metodur. Trombodinamika laxtalanma sisteminin müxtəlif pozğunluqlarına yüksək həssaslıq göstərir. Trombodinamika digər üsulların kifayət qədər həssas olmadığı hallarda hiperkoaqulyasiya vəziyyətlərinə meyilliliyin erkən aşkarlanmasına imkan verir.
Tətbiq sahəsi Cərrahiyyə (əməliyyatdan sonrakı dövr) Travmatologiya (ağır xəsarət hallarında, yanıq xəstəliklərində) Onkologiya (cərrahi və və ya kimyaterapiya müalicəsində) Antikoaqulyant terapiyanın monitorinqi Əvəzedici terapiyanın monitorinqi Laxtalanma faktorlarının çatışmazlığının diaqnozu (kütləvi qan itkisi, hemofiliya A və B, antikoagulyantların həddindən artıq dozası) Damar içərisində yad bir səthin olması (süni ürək klapanları, kardiostimulyatorlar və mərkəzi venoz kateterlərı) Tromboza meyilliyi aşkar etmək üçün sağlam əhalinin müayinəsi
Həmçinin bax Quick göstəricisi
İstinadlar
Xarici keçidlər Российская компания "ГемаКор", разработчик и производитель прибора на базе данного метода.
Kateqoriya:Hematologiya Kateqoriya:Qan| Kateqoriya:Tibbdə riyaziyyat Kateqoriya:Qan testləri