Toy — 2005-ci il istehsalı Həsən Əliyevin rejissoru olduğu Azərbaycan komediya filmi.
Məzmun
Baş qəhrəman Ramiz (Ramiz Hüseynzadə) bir qıza aşiq olur. Qızın evinin yerini öyrənmək üçün ona dostu (Elməddin Cəfərov) kömək edir. Dost axtarışda olanda isə, Ramiz xəyala dalır. Xəyalında ağlına gəlir ki, dostu qızın evini səhv öyrənib və o istədiyi qızın qonşusugilə gedəsi olur. Təsadüfən bu evdə də gənc, ancaq çox kobud, ağırçəkili bir qız (Xuraman Əlizadə) yaşayır. Qızın ailəsi də bu qıza bir elçi düşsün deyə Allaha yalvarır. İş elə gətirir ki, Ramiz səhvən bu qızın evinə elçi düşür. Qızı ona dərhal verirlər. Gənc "hə" sözü ağızdan çıxandan sonra görür ki, bu qız istədiyi qız yox, başqasıdır. Gənc çox and-aman edir ki, evlənmək istəmirəm, amma qulaq asan olmur. Toy baş tutur. Toyda isə bəydən başqa hamı sevincli olur. Elə bu dəmdə dostunun səsinə xəyallardan ayrılan Ramiz, evlənməkdən imtina edir.
Film haqqında Filmin çəkilişlərinə Xaçmaz rayonu Pərdiqıran kənd sakinləri köməklik göstərmişdir. 2015-ci ildə rejissor Həsən Əliyev tərəfindən eyniadlı 2-ci Toy filmi çəkilib. "Toy-2" Azərbaycanın ilk sikvel filmi olsa da tənqidçilər tərəfindən bəyənilməyib. Rejissor bu kinoda seksual azlıqları tənqid etdiyini bildirib. Bu da bəzi yerli LGBT üzvlərinin narazılığına səbəb olub. 2017-ci ildə Ramiz Hüseynzadə tərəfindən bu filmin davamı olaraq Toydan sonra nağara filmi çəkilsə də, bu film də tənqidçilər tərəfindən bəyənilməyib.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Həsən Əliyev Rejissor assistenti: Ramin Hacıyev Ssenari müəllifi: Həsən Əliyev, Ramin Hacıyev, Elnur Hüseynov Quruluşçu operator: Fikrət Əsgərov Montaj rejissoru: Elnar Həşimov Səs rejissoru: Natiq Hüseynov Koordinator: Tərlan Fərzullayev Mahnını ifa edir: Ayaz Qasımov Filmin direktoru: Camal Əliyev Produser: Müşfiq Hətəmov Kadrarxası səs: Kazım Abdullayev Musiqilərindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu, Eldar Mansurov, Ədalət Şükürov
Rollarda Ramiz Hüseynzadə — Ramiz Xuraman Əlizadə — Gümüş Leyla Əmirova — Leyli Fərda Xudaverdiyev — Daşdəmir Elnur Hüseynov — İnqilab Elməddin Cəfərov — Taleh Tərlan Fərzullayev — Tərlan İslam Həsənzadə Azər Qurbanov — Sakit Samirə Əhmədova — Anjelika Ələsgər Məmmədoğlu — Ələsgər əmi Ramin Hacıyev — Cabbar Elçin Hüseynov (müğənni) — Özü Jenya Samir Ramin Rəşad Xəttab Yunis
Sponsor "Azərsun" Holdinq
Çəkilişə köməklik edən qurumlar "Pizza İnn" Restoranı (Talehlə Ramizin restorandakı gorüşü səhnəsi) "7 Gözəl" Gözəllik Salonu "Niel" Şadlıq Sarayı (toy səhnələri) "Kompas" Gəmi-Bar "Herakl" İdman Malları Mağazası Xaçmaz Rayon İcra Hakimiyyəti
Həmçinin bax Ailəm (film, 2006) Qonşular (film, 2006) Tək səbir (veriliş) Bomba (film, 2005) Məhəllə (film)
İstinadlar
Xarici keçidlər Kateqoriya:2005-ci ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Xaçmazda çəkilən filmlər