"Sualtı qayıq" (, , ) — Lothar-Günter Buxheym tərəfindən 1973-cü ildə yazılmış, onun "U-boat" sualtı qayıqlarında müharibə müxbiri kimi təcrübələrinə əsaslanan avtobioqrafik alman romanı. Buxheym İkinci Dünya müharibəsi zamanı "U-96" və "U-309" sualtı qayıqlarında keçirdiyi vaxtları qeydə almışdır. Buxheymin tarixi dram kitabı 1973-cü ildə "Piper Verlag" tərəfindən nəşr olunmuş, kitab milyonlarla tirajla satılmış və 18 dilə tərcümə edilmişdir. Roman Almaniya sualtı qayığında ağır və çətin sualtı döyüş həyatını təsvir edir.L.-G. Buchheim: Der Film Das Boot Ein Journal. Goldmann Verlag, München 1981.Lothar-Ggünther Buchheim's Das Bboot: Memory and the Nazi Past , by Dean Jon Guarnaschelli, St. John's University Theses and Dissertations, 2020Lothar-Günther Buchheim: Das Boot. 1977
1981 film
Kitab 1981-ci ildə Volfqanq Petersenin ssenari müəllifi və rejissoru olduğu, baş rollarda Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemannın oynadığı "Sualtı qayıq" döyüş filminin əsasını təşkil edirdi. Film romanın məzmununa bəzi dəyişikliklər etmişdir.
İstinadlar
Kateqoriya:Uydurmada İkinci Dünya müharibəsi Kateqoriya:1973-cü ilin əsərləri Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış romanlar