thumb|Posukuma. – Yaponiya poçtu üçün yaradılmış oyuncaq ayı personajı. "Japan Post Holding" şirkətinin talismanı hesab olunur.

Tarixi Posukuma 2022-ci ildə "Japan Post" şirkətində marka dizayneri kimi işləyən, Fukuşima prefekturasından olan Hitomi Nakamura tərəfindən dizayn olunmuşdur. O, həm böyüklərə, həm də uşaqlara xitab edən bir poçt markası personajı yaratmaq istəmişdir. Posukuma ilk olaraq 21 sentyabr 2012-ci ildə Yaponiyada payızın gəlişi üçün buraxılmış poçt markalarının üzərində təsvir olunmuşdur.

2013-cü ilin yanvarında "Japan Post" Posukumaya həsr olunmuş merçendayzinq başlatmış və mütəmadi olaraq Posukuma təsviri olan poçt markaları buraxmağa başlamışdır. Kostyumlu Posukuma ilk dəfə 2013-cü ilin yayında təqdim olunmuşdur.

2015-ci ildə Posukuma haqqında anime çəkilmişdir. Anime Posukumanın məktubları çatdırarkən qarşılaşdığı çətinliklərdən bəhs edir. Animedə Posukuma Ayumu Murase tərəfindən səsləndirilmişdir. Posukuma 2016-cı ildə çəkilmiş və bir çox ayı talismanının yer aldığı "Witchy Pretty Cure! Wonderous! Cure Mofurun!" anime filmində görünmüşdür.

Posukuma 2016-cı ildə ən yaxşı yerli talismanları seçmək üçün keçirilmiş "Yurukyara Grand Prix" müsabiqəsində şirkət kateqoriyasının qalibi seçilmişdir.

Xüsusiyyətlər Posukuma poçtalyon forması geyinmiş açıq qəhvəyi rəngli oyuncaq ayıdır. Onun adı ingilis dilində "post" (poçt) və yapon dilində "kuma" (ayı) sözlərinin birləşməsindən yaranmışdır. Personaj kimi ballı çörək yeməyi sevir.

İstinadlar

Xarici keçidlər Posukuma və dostlarının rəsmi səhifəsi

Kateqoriya:Japan Post Holdings Kateqoriya:Ayı talismanları Kateqoriya:2012-ci ildə Yaponiyada yarananlar