Ziyəddin Kamal oğlu Sultanov () — Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Həyatı və fəaliyyəti

1951-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Mətbuat aləminə ilk addımlarını 1960-cı illərin ikinci yarısından atmışdı. Onun ilk yazısı Ağdam rayonunda dərc olunan "Lenin yolu" qəzetində çap edilmişdir.

Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdı (1979). Sonralar "Azərbaycan gəncləri" qəzetində müxbir, "Kommunist" qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir vəzidələrində çalışmışdı, ömrünün son günlərinə qədər "Xalq qəzeti"nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi.

13 avqust 2020-ci ildə vəfat etmişdir.

Birinci Qarabağ müharibəsində fəaliyyəti

Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olmuşdur. Jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən - Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verirdi. O, baş verən hadisələrə şahidlik etmiş, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaratmışdı.

Kitabları

"Qarabağ gündəliyi", "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Əsirlər, itkinlər, girovlar", "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr", "Ürək dözmür ayrılığa",

"Gəlin gedək Qarabağa".Tanınmış jurnalist Ziyəddin Sultanovun 70 illik yubileyi qeyd olunub "Göylərdən gələn gəlin" sənədli povesti.

Təltifləri

Azərbaycan Respublikasının əməkdar jurnalisti (1991) "Tərəqqi" medalı

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan memuarçıları