Heyli Lu Riçardson (; ) — ABŞ aktrisası. Onun ilk rolları Disney Channel-in "Silkələ" (2013) serialında və ABC Family-nin "Ravenswood" serialında olub. Heyli 2016-cı ildə iki filmə çəkilib: "The Edge of Seventeen" və "Split".
Heyli 2017-ci ildə "Kolumbus" filmindəki rolu ilə məşhurlaşıb. Bu filmdəki ifasına görə "Ən yaxşı aktrisa" nominasiyasında "Gotham Müstəqil Film" mükafatına namizəd göstərilib. O müstəqil filmlərdə rol almağa davam edib: "Support the Girls" (2018), "Unpregnant" (2020) və "After Yang" (2022). Heyli "The White Lotus" (2022) serialının ikinci mövsümündə və həmçinin "Love at First Sight" (2023) serialında rol almışdır.
Həyatı Heyli Lu Riçardson 7 mart 1995-ci ildə Arizona ştatının Finiks şəhərində anadan olub. Onun anası marketinq sahəsində işləyir, atası isə qolf meydançası memarıdır. Heyli müntəzəm olaraq tamaşalarda çıxış edir və Cənub-Qərbdə keçirilən rəqs yarışmalarında iştirak edirdi. 2001–2011-ci illərdə o, Feniksdə yerləşən Cannedy Dance Company-nin ən yaxşı rəqqasələrindən biri olmuşdur. Heyli 2011-ci ildə Hollivuda köçüb.
Şəxsi həyatı Heyli səkkiz yaşında ikən toxuculuq öyrənib və hal-hazırda Etsy-də toxuduğu aksesuar və geyim kimi əşyaları satan onlayn mağazası var. Heyli 2012-ci ildə "Ravenswood" serialının çəkilişləri zamanı aktyor Brett Dier ilə tanış olub və ikisi arasında romantik münasibət başlayıb. Heyli 2019-cu ildə ona evlilik təklifi edib. 2022-ci ildə Heyli münasibətlərinin iki ildir ki, bitdiyini bildirib.
Filmoqrafiya Filmlər İl Adı Rol Qeydlər 2012 Meanamorphosis Cameron Qısametrajlı film 2014 The Last Survivors Kendal The Young Kieslowski Leslie Mallard 2015 The Bronze Maggie Townsend Follow Viv 2016 The Edge of Seventeen Krista Parçalanmış Claire Benoit 2017 Kolumbus Casey 2018 The Chaperone Louise Brooks Operation Finale Sylvia Hermann Support the Girls Maci 2019 Five Feet Apart Stella Grant 2020Unpregnant Veronica Clarke 2021 After Yang Ada Montana StoryErin 2023 Love at First Sight Hadley Sullivan Həmçinin icraçı prodüser
Televiziya İl Adı Rol Qeydlər2012 Up in Arms Rəqqasə / Xoreoqraf Epizod: "Flash Mob Parody Special" Christmas Twister Kaitlyn Televiziya filmi2013 Adopted Destiny Yayımlanmamış pilot Silkələ Shake It Up, Chicago! Dancer Epizod: "Quit It Up" Escape from Polygamy Julina Televiziya filmi 2013–2014 Ravenswood Tess Hamilton 5 epizod 2014 Awkward Mackenzie Epizod: "Sophomore Sluts"2015 Law & Order: Special Victims Unit Jenna Davis Epizod: "Decaying Morality" Your Family or Mine Maya Epizod: "Pilot" 2016 Recovery Road Ellie Dennis 6 epizod 2019 Jane the Virgin Charlie 2 epizod 2022 The White Lotus Portia Baş rol (2-ci mövsüm)
Musiqi videları İl Adı Artist Albom 2023"Wings" Jonas Brothers The Album
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ rəqqasələri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Uşaq aktyorlar