Sinqapur Sosial Elmlər Universiteti — Sinqapurda İctimai tədqiqat universiteti. Universitet Sosial Elmlər üzrə tətbiqi dərəcə proqramlarına diqqət yetirir.
Tarixi thumb|right|upright
Universitet 1964-cü ilin iyun ayında Ali təhsil kolleci kimi yaradılmışdır.
2005-ci ildə kollec Sinqapur İdarəetmə Qrupu (SİQ) İnstitutunun nəzdində fəaliyyət göstərirdi.
11 noyabr 2016-cı ildə kollec Təhsil Nazirliyinə təhvil verildi.
2017-ci ildə kollec SİQ Qrupunun üzvü olmaqdan çıxdı və Sinqapur Sosial Elmlər Universiteti adlandırıldı. Sinqapur Sosial Elmlər Universiteti Təhsil Nazirliyinin tabeliyində olan Sinqapurun 6-cı Elmi-tədqiqat universitetidir.
2017-ci ildə universitet 2137 tələbədən ibarət ilk sinfini qəbul etmişdir.
Proqramları 2014-cü ildə universitet tətbiqi öyrənməyə əsaslanan təhsil proqramlarına başladı. Bütün proqramlar birbaşa fərqlənmə dərəcələridir və 4 ildən 6 ilə qədər tamamlananır.
Həmçinin universitet müxtəlif proqramlar təklif etmək üçün xaricdəki universitetlərlə əməkdaşlıq edir.https://web.archive.org/web/20180529202950/http://www.suss.edu.sg/Partnership/UProgrammes/Pages/Overview.aspx
Akademik strukturu Universitetin akademik strukturu 5 məktəbdən ibarətdir: Böyüklər üçün Öyrənmə İnstitutu, Davamlı və Təcrübəli Öyrənmə Kolleci və 4 mərkəz.
Universitet hazırda 80-dən çox dərəcə proqramları təklif edir.
Akademik məktəbləri
SR Nathan İnsan İnkişafı məktəbi 2018-ci ildə İnsan İnkişafı və Sosial Xidmətlər Məktəbi Sinqapurun altıncı prezidenti, cənab S. R. Nathanın şərəfinə SR Nathan İnsan İnkişafı məktəbi adlandırıldı.Singapore University of Social Sciences renames school after late president S R Nathan | http://www.straitstimes.com/singapore/singapore-university-of-social-sciences-renames-school-after-late-president-s-r-nathan Məktəb məsləhət, İbtidai sinif təhsili, İnsan resursları və Sosial iş üzrə bir sıra proqramlar təklif edir. Gerontologiya proqramı aspirantura səviyyəsində təklif olunur.
Biznes məktəbi Universitet bir sıra Biznes və İdarəetmə proqramları təklif edir. Mühasibat Uçotu üzrə bakalavr (qiyabi təhsil də daxil olmaqla) dərəcəsi Mühasibat uçotu və Korporativ tənzimləmə və Sinqapur Mühasiblər İnstitutu tərəfindən akkreditə olunub.
Humanitar və Davranış Elmləri məktəbi Universitetin Humanitar və Davranış Elmləri məktəbi tərcümə üzrə bakalavr dərəcəsi proqramları təklif edir. Məktəb həmçinin Peşəkar tərcüməçilər üçün sertifikat verir.
2018-ci ildə İncəsənət və Sosial Elmlər məktəbi Humanitar Elmlər və Davranış Elmləri məktəbi adlandırıldı.
Hüquq kolleci Sinqapurun digər Elmi-tədqiqat universitetləri kimi, LL. B və J. D. proqramları, Sinqapurun Hüquq Peşələri Qanununa əsasən dərəcələr kimi tanınır. Kollecin məzunları Vəkillər Kollegiyası imtahanında iştirak edə bilərlər. Məktəb həmçinin Sinqapur Vergi Akademiyası ilə əməkdaşlıqda Vergilər üzrə magistr dərəcəsi təklif edir. Hüquq üzrə bakalavr dərəcəsi LLB və Hüquq elmləri doktoru dərəcəsini təklif edir.https://web.archive.org/web/20171222050841/http://www.suss.edu.sg/about-suss/school/SLAW/Pages/introduction.aspx
Mühasibatlıq məktəbi Məktəbə mühasibat uçotu, maliyyə, kommersiya riyaziyyatı təhlili, logistika və təchizatın idarə edilməsi, bələdiyyə aviasiya və sosial təminat üzrə tədqiqatlar daxildir.https://web.archive.org/web/20171222053237/http://www.suss.edu.sg/about-suss/school/SBIZ/Pages/SBIZ-introduction.aspx
Elm və Texnologiya məktəbi Məktəb Aerokosmik Sistemlər, Biotibbi Mühəndislik, Süni Ətraf Mühit, Elektronika Mühəndisliyi, Hərbi Tədqiqatlar və Texnologiyalar üzrə proqramlar təklif edir.
Fənlərarası və Təcrübə Öyrənmə kolleci 2018-ci ildə universitet "Ömür boyu öyrənmə və təcrübi öyrənmə" kimi tanınan təhsil şüarından istifadə edən Davamlı və Təcrübəli Öyrənmə kollecini işə saldı. Təşəbbüs universitet təhsilindən əvvəl, təhsil zamanı və sonra təlimlər təşkil edir.
Daha sonra 2 bölmə ilə Fənlərarası və Təcrübəli Öyrənmə Kolleci adlandırıldı. Kollecin 2 bölməsi var:
Əsas öyrənmə Təcrübəli öyrənmə
Mərkəzləri C-three SUSS mərkəzi — tələbələr üçün heç bir ödəniş etmədən məsləhət xidmətləri təklif edir. Tətbiqi Tədqiqat mərkəzi — tədqiqat və əlaqəli fəaliyyətləri həyata keçirir, idarə edir və onlara köməklik göstərir. O, həmçinin tədqiqat proqramları və layihələri üçün inkubasiya mərkəzi kimi xidmət edir.Centre for Applied Research | http://www.suss.edu.sg/about-suss/Centres/Pages/CFAR.aspx SUSS Research | http://www.suss.edu.sg/resources/Pages/Research.aspx
Tədris və Öyrənmə mərkəzi — universitetin müəllimlərinin tədris keyfiyyətini həyata keçirir.
İstinadlar
Xarici keçidlər Singapore University of Social Sciences
Kateqoriya:Sinqapur universitetləri Kateqoriya:Sinqapur Kateqoriya:Universitetlər