Eltz Qalası (alm. Burg Eltz) — Almaniyanın Koblenz və Trir şəhərləri arasında Mozel dağının üstündə orta əsrlərə aid qala. Eltz qalası Eyfel bölgəsində heç vaxt dağıdılmayan yeganə qaladır.

Qala 70 m. hündürlükdə, qayalıqda dayanır və 3 tərəfdən Mozel çayının şimal tərəfindəki qolu olan Elzbax çayı ilə həmsərhəddir. Ətrafdakı Eltz meşəsi qoruq elan edilib. Tarixi

thumb|left|Eltz Qalasının havadan görünüşü thumb|248x248px|Eltz qalası və ətraf vadi, girişə aparan yoldan görünür. thumb|Eltz qalası. 1860

Eltz Qalası Roma dövründə mühüm ticarət yolu olan bir bölgədə qurulmuşdur. 1157-ci ilə qədər qala Frederik Barbarossanın hakimiyyəti altında Müqəddəs Roma İmperiyasının mühüm hissəsi idi.

1331-1336-cı illər arasında Eltz döyüşü zamanı bölgədəki lordlar, o cümlədən İohann Eltz, Azad İmperiya cəngavərləri ilə birlikdə şahzadə Balduin fon Trierin ərazi siyasətinə qarşı çıxdıqda, qala öz tarixində ilk dəfə ciddi hərbi münaqişələrə dözdü.

1815-ci ildə baron Eltz-Rübenah torpaq mülkiyyətini satın alaraq qalanın yeganə sahibi oldu.

XIX-cu əsrin ortalarında qraf Karl zu Eltz qalanı bərpa etdi.

2009-2012-ci illərdə Eltz Qalasında genişmiqyaslı restavrasiya işləri görülmüşdür. Təmir təxminən 4,4 milyon avroya başa gəlib. Bu tədbirlər Almaniya federal hökuməti tərəfindən dəstəklənmişdir. Muzeyi

İctimaiyyət üçün apreldən noyabra qədər açıqdır. Eksponatlar arasında qızıl, gümüş və çini əşyalar olan xəzinə və tarixi silahlar və zireh geyimləri var. Mədəniyyətdə

1965-ci ildən 1992-ci ilə qədər Almaniyanın 500 Deutsche Mark banknotunda Eltz qalasının qravüründən istifadə edilmişdir.Deutsche Mark – 3. Production run Retrieved 27 April 2012.

Qala modeli Vestfield və Erlenberg xəritələrində istifadə olunur.

Eltz Qalası Müqəddəs Roma İmperiyasının sivilizasiyasının müdafiə abidəsidir və Alman mədəniyyətinin simvollarına aiddir.

İstinadlar

Xarici keçidlər Burg Eltz official site Photos & history of Eltz castle Videos, Aerial Views, Photos of Eltz castle

Kateqoriya:Əlifba sırasına görə tarixi abidələr Kateqoriya:Qalalar Kateqoriya:Almaniya muzeyləri Kateqoriya:Almaniyanın memarlıq abidələri