Bilal İsmayıl oğlu Çompuzov — (23 sentyabr 1975 ,Balakən rayonu) — Vətən müharibəsi iştirakçısı.Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandiri
Hərbi xidməti Kapitan Bilal Çompuzov Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 24 iyun 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Bilal Çompuzov 27 sentyabr 2020-ci ildə başlanan və altı həftə davam edən Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində gedən hərbi əməliyyatlarda olub. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bilal İsmayıl oğlu Çompuzov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "Xocavəndin azad olunmasına görə" medalı ilə, "Qubadlının azad olunmasına görə" medalı ilə və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev 25 iyun 2023-cü il tarixli 3947 nömrəli Sərəncamı ilə Bilal Çompuzova "general-mayor" ali hərbi rütbəsi verildi.
Bilal Çompuzov 19 sentyabr 2023-cü ildə başlanan və 24 saat davam edən anti-terror tədbirləri zamanı Birinci Ordu Korpusunun Qərargah rəisi olub. Hərbi əməliyyatlardan dərhal sonra Birinci Ordu Korpusu Komandirinin vəzifələrini müvəqqəti icra edib.
Azərbaycan Prezidentinin 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
8 noyabr 2023-cü ildə Vətən müharibəsində əldə edilən zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad zamanı 1-ci Ordu Korpusunun heyətinə başçılıq edib.
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:2023 Xankəndi Zəfər Paradının iştirakçıları