Nadin qasırğası alt=|thumb|284x284px|Nadin qasırğası pik intensivlikdə (Sentyabr 30)|border Nadin qasırğası, qeydə alınmış dördüncü ən uzun ömürlü Atlantik qasırğası olmuş dəyişkən xarakterli Kateqoriya 1 qasırğası idi. On dördüncü tropik siklon və 2012-ci il Atlantik qasırğası mövsümünün adlandırılmış fırtınası olaraq, Nadin 10 Sentyabrda Cape Verdedən qərbə doğru hərəkət edən tropik dalğadan əmələ gəlmişdi. Ertəsi gün o güclənərək Nadin Tropik Fırtınasına çevrilmişdi. Başlanğıcda şimal-qərbə doğru hərəkət etdikdən sonra Nadin bütün quru sahələrdən xeyli uzaqlaşaraq şimala dönmüşdü. Erkən 15 Sentyabrda, Nadin şərqə doğru burulduğu üçün qasırğa statusuna çatdı. Tezliklə şaquli külək kəsilmələrinin artması Nadini zəiflətdi və Sentyabrın 16-da, o, yenidən tropik fırtınaya çevrildi. Ertəsi gün fırtına şimal-şərqə doğru hərəkət etməyə başladı və Azor adalarını təhdid etdi, lakin Sentyabrın 19-u günün sonunda Nadin adalara çatmazdan əvvəl şərq-cənub-şərq istiqaməti aldı. Buna baxmayaraq, fırtına bir neçə adada tropik fırtına küləkləri yaratdı. Sentyabrın 21-də, fırtına Azor adalarının cənubundaykən cənub-cənub-şərqə doğru buruldu. Həmin günün davamında Nadin ekstra-tropik aşağı təzyiq sahəsinə keçdi.
Əlverişli şəraitə görə Nadinin qalıqları 24 Sentyabrda tropik siklona çevrildi. Yenidən inkişaf etdikdən sonra fırtına siklonik bir dövrə vurdu və yavaş-yavaş şərqi Atlantik boyu burularaq dolandı. Nəhayət, Nadin cənub-cənub-qərb tərəfə çevrildi və bu zaman o, demək olar ki, hərəkətsiz oldu. Sentyabr ayının 28-ə qədər fırtına şimal-qərbə doğru əyildi və yenidən qasırğaya çevrildi. Güclü siklon daha da intensivləşdi və 140 km/saat sürətli küləklərlə 30 Sentyabrda zirvəyə çatdı. Ancaq ertəsi gün, şərtlər getdikcə əlverişsiz hala gəldiyi üçün, Nadin zəifləyərək sürəti 105 km/saat olan tropik fırtına şəklinə geri döndü. Güclü külək kəsilməsi və dəniz səthinin temperaturunun azalması tufanı əhəmiyyətli dərəcədə zəiflətdi. Nadin Oktyabr ayının 3-də ekstra-tropik siklona keçdi və tezliklə Azor adalarının şimal-şərqində yaxınlaşan soyuq cəbhə ilə birləşdi. Nadinin qalıqları 4 Oktyabrda Azor adalarından keçdi və yenidən adalara nisbətən güclü küləklər gətirdi.
Mənşəyi və meteoroloji tarixi Sentyabrın 7-də Afrikanın qərb sahilindən Atlantik okeanına böyük tropik dalğa meydana çıxdı. Sistem 8 Sentyabrda Cape Verdenin cənubundan keçərək, qeyri-mütəşəkkil leysan və tufanlar gətirdi. Təxminən həmin vaxtda Milli Qasırğa Mərkəzi sistemin 48 saat ərzində tropik siklogenezisə uğraması ehtimalını orta olaraq dəyərləndirdi. Sentyabr ayının 9-da tropik dalğanın oxu boyunca aşağı təzyiq sahəsi inkişaf etdi və bu konvektiv aktivliyini daha da artırdı. Sentyabrın 10-da sistem tropik siklon əmələ gəlməsi üçün yüksək ehtimalla qiymətləndirildi. Peyk intensivliyi qiymətləndirmələrinə əsaslanaraq, Milli Qasırğa Mərkəzi çalxalanmanı 10 Sentyabr saat 12:00-da Tropik Depressiya On Dörd kimi elan etdi. Bu vxt fırtına təxminən Kabo Verdenin qərbində idi.
Qasırğanın aktivliyi dövranın mərkəzi ətrafında əvvəlcə minimal olsa da, depressiya (çökəklik) ilə əlaqəli konvektiv zolaq daha mütəşəkkilləşirdi. Sentyabrın 10-u axşamı, konveksiya mərkəzə yaxın bir qədər artmağa başladı, lakin Dvorak intensivliyi T-rəqəmləri 2.0 ilə 2.5 arasında olduğundan, depressiya tropik fırtınaya yüksəlmədi. Lakin quru hava qısa müddət ərzində həmin gün leysan və tufanların azalmasına səbəb oldu. Başlanğıcda, o, böyük bir subtropik silsilənin cənub periferiyası ətrafında düz qərbdən şimala doğru getdi. Ancaq 11 Sentyabra qədər, çökəklik yenidən şimal-qərbə əyildi. Həmin günün sonuna yaxın depressiya dərin konveksiyanı bərpa etməyə başladı. Geostasionar peyk görüntüləri və skatterometr məlumatları göstərdi ki, çökəklik 12 sentyabr 0000-da (UTC) Nadin Tropik Fırtınasına çevrilib.
Güclənmə və ilkin pik intensivliyi Sentyabr ayının 12-sinə qədər mərkəzi sıx buludlu hissə yaranmışdı və əlverişli şərtlər səbəbiylə Milli Qasırğa Mərkəzi sürətlə dərinləşmə ehtimalını qeyd etdi. Sentyabrın 12-sində intensivləşmə nisbətən sürətli davam etdi. Həmin gün davamlı küləklərin sürəti 65 mil/saat və ya 105 km/saata çatdı. 13 Sentyabrın əvvəlində, konvektiv bant demək olar ki, tamamilə mərkəzə bükülmüş və buludların zirvələri -yə kimi aşağı enmişdi. Lakin mikrodalğalı peyk məlumatları gözün inkişaf edib-etmədiyini müəyyən edə bilmədiyi üçün Nadinin intensivliyi 70 mil/saat (110 km/saat) olaraq saxlanıldı — qasırğa statusu həddindən sadəcə bir qədər aşağıda. Milli Qasırğa Mərkəzi, külək kəsilməsinin artması və strukturun az dəyişiklik olması ilə bağlı kompüter model konsensusuna istinad edərək, "Nadinin güclənmə ehtimalının yoxa çıxa biləcəyini" qeyd etdi. Fırtına daha sonra 13 Sentyabrda Nadindən bir neçə yüz mil qərbdə orta və yuxarı səviyyəli çökəklik və kəsmə oxu tərəfindən yaradılmış mülayim cənub-qərb külək kəsilməsinə məruz qaldı. Nəticədə, fırtına gözünün yaranması və Nadinin mərkəzini tapmaq çətinləşdi.
Fırtına qeyri-mütəşəkkil olsa da, scatterometer keçidi tropik fırtına küləklərinin xaricə qədər uzandığını göstərdi. Sentyabr ayının 14-ə qədər Nadinin peyk görünüşü daha da parçalanmış hala gəldi. Buna baxmayaraq, fırtına qasırğa statusunun yalnızca bir qədər altında qaldı və Milli Qasırğa Mərkəzi yaxın bir neçə gündə külək kəsilməsi azalarsa, güclənmə ehtimalını qeyd etdi. Nadin 14 Sentyabrda subtropik silsilənin periferiyası boyunca hərəkət edərək şimala döndü. Tezliklə Tropik Yağış Ölçmə Missiyası (ingiliscə ixtisarı TRMM) keçidi əsas konveksiyanın yenidən təşkil olunmağa başladığını göstərdi. Bununla belə, külək kəsilməi orta səviyyəli sirkulyasiyanı aşağı səviyyəli sirkulyasiyanın şimalına köçürdüyü üçün Nadin qasırğaya çevrilmədi. Nadin daha soyuq dəniz səthinin temperaturlarına yaxınlaşacağı üçün əhəmiyyətli dərəcədə güclənmə ehtimalı az hesab olunurdu. Peyk intensivliyi təxminlərinin artması və yenidən təşkil edilməsi səbəbindən Nadin 14 sentyabr 18:00-də (UTC) qasırğaya yüksəldi. Altı saat sonra Nadin küləklə ilkin pik intensivliyə çatdı. Peyk görüntüləri "yarıq göz" xüsusiyyətinin Sentyabrın 15-də günün sonunda inkişaf etməyə cəhd etdiyini göstərdi.
Zəifləmə və ilkin post-tropik keçid Sentyabrın 15-i axşama doğru Milli Qasırğa Mərkəzinin proqnozçısı Robbi Berq qeyd etdi ki, Nadin "bir az daha yarıq görünməyə" başladı, çünki mikrodalğalı məlumatların müşahidələri mərkəzin şimal-şərqinə doğru dərin konveksiya kəsilməsini qeydə almışdı. Sentyabrın 16-sı göz əyildi və yoxa çıxdı, konvektiv zolaqlar nizamsızlaşmağa başladı və həmin günün əvvəlindən ümumi leysan və tufan aktivliyi azaldı. Nadin Sentyabrın 17-də zəifləyərək yenidən tropik fırtınaya çevrildi və dalğalararası boşluq onun peyk görünüşünü azaltdı.
Sentyabrda 17-də fırtınadan çıxan axın əhəmiyyətli zəifləmənin qarşısını alsa da, quru hava Nadinə təsir etməyə başladı. Şimal yarımkürəsi üzərində dərin konveksiya genişlənməsinə baxmayaraq, Nadin həmin gün bir qədər zəiflədi. Sentyabrın 17-də dərin konveksiyada hərəkətliliyin azalmasından sonra növbəti gün zəifləmə daha da artdı. Daha sonra 18 Sentyabrda, dərin konveksiyanın böyük hissəsi sovrularaq yox oldu. Qalan ən güclü leysan və tufanlar Nadinin mərkəzindən qərbdə və şimal-qərbdə bir zolaqda idi.
Sentyabrın 18 və 19-u arasında yüksək atmosfer təzyiqi tufanın adalara yaxınlaşmasına mane olsa da, Nadin şimal-şərqə, sonra isə şimala doğru hərəkət edərkən Azor adalarını təhdid etdi. Onun Azor adalarına ən çox yaxınlaşdığı nöqtə 19 Sentyabrda Flores adasının cənub-cənub-qərbindən təxminən məsafə idi. Daha sonra 20 Sentyabrda yüksək atmosfer təzyiqinin zəifləməsindən və orta və yuxarı səviyyəli çökəkliyin dərinləşməsindən sonra fırtına yenidən şərq-cənub-şərq istiqamətində buruldu. Sentyabrın 21-i gecəsi qalan dərin konveksiyanın böyük hissəsi yalnız istiləşən bulud təpələri olan yarıq konvektiv zolaqdan ibarət idi. Operativ olaraq Milli Qasırğa Mərkəzi, orta səviyyədən yuxarı, asimmetrik külək sahəsi və mərkəzə yaxın yuxarı səviyyəli aşağı təzyiq sahəsinə görə, 21 sentyabr 21:00 UTC-də Nadini subtropik tufan kimi yenidən təsnif etdi. Bununla belə, mövsümdən sonrakı təhlillər belə nəticəyə gəldi ki, Nadin üç saat əvvəl qeyri-tropik aşağı təzyiq zonasına çevrilib.
Regenerasiya, pik intensivlik və son Erkən 22 Sentyabrda Milli Qasırğa Mərkəzi qeyd etdi ki, tropik siklona çevrilmə çox aydın bir ehtimaldır. Qalan aşağı təzyiq sahəsi tezliklə daha isti su sahələri və daha sabit təzyiqli mühit üzərinə hərəkət edərək dərin konveksiyanın yenidən inkişafına səbəb oldu. Beləliklə, Nadin 23 sentyabr 00:00-da (UTC) tropik tufana çevrildi. Azor adaları üzərindəki başqa bir yüksək atmosfer təzyiqi sahəsi Nadini 24 Sentyabrda kiçik bir siklonik dövran yerinə yetirərək qərb-şimal-qərb istiqamətində hərəkət etməyə məcbur etdi. Küləklər 60 mil/saata yüksəlsə də (95 km/saat), fırtına yenidən zəiflədi və25 Sentyabrda sürətli tropik fırtınaya düşdü. Bu reqressiyaya baxmayaraq, peyk görüntüləri Nadinin gözə bənzər bir xüsusiyyət inkişaf etdirdiyini göstərdi. Lakin Milli Qasırğa Mərkəzi daha sonra qeyd edib ki, bu, fırtınanın mərkəzinə yaxın buludsuz bir bölgə idi. Sentyabr ayının 26-na qədər, Nadin qərbi Atlantik üzərində orta və yuxarı səviyyəli təzyiq sahəsinin cənub-şərq hissəsi ətrafında cənub-cənub-qərbdən cənub-qərbə doğru əyilmişdir.
Bir neçə gün ərzində minimal güc dəyişikliyindən sonra Nadin nəhayət Sentyabrın 27-də -dən yüksək səthi temperatura görə güclənməyə başladı. Sentyabrın 28-i 12:00-də (UTC), Nadin Saffir-Simpson qasırğa küləyi şkalası üzrə Birinci Kateqoriya səviyyəsinə yenidən gücləndi. Həmin radələrdə peyk görüntüləri fırtınanın göz xüsusiyyətini yenidən inkişaf etdirdiyini göstərdi. Qasırğa nizamsızlaşdıqdan sonra Milli Qasırğa Mərkəzi 29 Sentyabrda səhvən Nadini tropik fırtına kimi təsnif etdi. Altı saat sonra isə onu yenidən qasırğaya yüksəltdi. Nadin əslində qasırğa olaraq qalmışdı və daha da güclənirdi. Fırtına gözü daha aydın şəkildə görünməyə başladıqdan sonra, küləklərin sürəti Sentyabrın 30-da 85 mil/saata çatdı (140 km/saat). Saat 12:00-də (UTC), fırtına maksimum 90 mil/saat (150 km/saat) sürətli davamlı küləklərlə və minimum barometrik təzyiqlə pik intensivliyinə çatdı.
Pik intensivlikdən sonra Nadin Oktyabrın 1-də yenidən zəifləməyə başladı və saat 12:00-də (UTC) tropik fırtınaya qədər endi. Oktyabrın 3-də aşağı külək kəsilmələrinə səbəb olan yuxarı səviyyəli çökəkliyin şərqə çəkilməsindən sonra şimal-qərb küləkləri güclənməyə başladı. Bir neçə saat sonra, saat 15:00-ədək (UTC) konveksiyadan tam ayrılmazdan əvvəl aşağı səviyyəli mərkəz qismən aşkara çıxdı. Güclü atmosfer təzyiqi fərqlərinə və soyuq səth temperaturu səbəbindən leysan və tufanlar sürətlə azaldı və Oktyabrın 3-ü günün sonlarınadək, Nadin artıq hər hansı bir dərin konveksiyaya malik deyildi. Oktyabrın 4-ü saat 00:00-da (UTC), Nadinin sürəti təxminən olarkən və mərkəzi Azor adalarının cənub-qərbindəykən, o, ekstra-tropik aşağı təzyiqli əraziyə keçdi. Aşağı sürətlə şimal-şərqə doğru hərəkət etdi, aşağı təzyiq çuxuruna çevrildi və həmin gün soyuq cəbhənin bir hissəsinə çevrildi.
Təsiri və rekordlar