Asilə və ya Asiləh () — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir.
Tarixi Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur.
Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi.
Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mərakeş şəhərləri Kateqoriya:Vikipediya:Məqalədən birbaşa Vikianbara istinad Kateqoriya:Keçmiş Portuqaliya müstəmləkələri