Əsgər Yusifinejad — Təbrizli rejissor, ssenarist və kinotənqidçi. Azərbaycan dilində çəkdiyi "Ev" və "Qolçaq" filmləri ilə tanınıb.
Çəkdiyi "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. "Qolçaq" filmi isə Azərbaycan dilində olduğu üçün "Fəcr Beynəlxalq Film Festivalı"na buraxılmayıb.
Haqqında Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə anadan olub. Tehranda İran Radio ve Televiziya Universitetini bitirib. 1989-cu ildən rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərib.
2022-ci il sentyabr ayında beyninə qan sızdığı üçün xəstəxanaya aparılıb. Daha sonra əməliyyat olunub. Sentyabın 13-də səhər saatlarında insult nəticəsində həyatını itirib. Sentyabrın 14-də Təbrizdə Vadi Rəhmət qəbiristanlığında dəfn edilib.
Fəaliyyəti Əsgər Yusifnejad 2016-cı ildə Təbrizdə "Ev" filmini çəkib. "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. Farsca altyazı ilə nümayiş olunan film, "NETPAC" mükafatına və 35-ci "Fəcr Beynəlxalq Film Festivalı"nda ən yaxşı ssenari və ən yaxşı film üçün təqdim olunan "Simurq Zarrin" və "Simin" mükafatlarını qazanıb. Film daha sonra 2018-ci ilin may ayında Rumıniyada keçirilən "Transilvaniya Beynəlxalq Film Festivalı"nda "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb.
2020-ci ildə çəkdiyi "Qolçaq" filmi də Təbrizdə Azərbaycan dilində çəkilib. 40-cı "Fəcr Beynəlxalq Film Festivalı"na qəbul edilməyib. İranlı kinorejissor Bəhruz Əfxəmi deyib ki, "Qolçaq" filmi heyranedici bir film olsa da, türkcə olduğu üçün Fəcr Festivalında iştirak etməyəcək. 2023-cü ilin aprel ayında "Qolçaq" filminin yaradıcı heyəti heyəti 42-ci "İstanbul Film Festivalı"nda təltif olunub. Filmin kinoteatrda ilk nümayişi rejissorun ölümündən sonra 2023-cü ildə Türkiyədə baş tutub. 2024-cü il martın 25-də isə film Təbrizdə kinoteatrda göstərilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:1969-cu ildə doğulanlar Kateqoriya:İranın azərbaycanlı film rejissorları Kateqoriya:2022-ci ildə vəfat edənlər Kateqoriya:Təbrizdə vəfat edənlər Kateqoriya:Vadi rəhmət qəbiristanlığında dəfn olunanlar