Köhnə poçt () Belqradda yerləşən, ilkin görünüşü saxlanılmamış, şəhərin simvollarından biri hesab edilən binadır. Belqrad-Qlavnı dəmir yolu stansiyasının yanında, Savskaya küçəsi 2 ünvanında yerləşir. Momir Korunoviçin layihəsinə müvafiq olaraq neo-bizans üslubunda tikilmiş və İkinci Dünya müharibəsi zamanı Yuqoslaviyanın bombalanması nəticəsində dağıdılmış, 1947-ci ildə isə funksionalist üslubda yenidən bərpa edilmişdir.

Tarixi

XX əsr

Poçt şöbəsi 1920-ci illərdə tikilib və fasadına görə dərhal Belqradın ən gözəl binalarından, eləcə də Korunoviçin ən yaxşı əsərlərindən biri statuslarını qazanmışdır. Poçt idarəsi memarlıq cəhətdən ekspressionizm və modernizm motivlərini özündə birləşdirir; Bu binada işləyərkən Korunoviç özünəxas akademik sərtlik nümayiş etdirməmişdir. 1930-cu illərin sonlarında poçt idarəsinin 700-dən çox işçisi var idi ki, bu da onu Balkanların ən böyük poçt şöbəsinə çevirə bilmişdi"Време", 17. дец. 1939.

Müharibədən sonra yeni kommunist hakimiyyət orqanları binanın fasadını “burjua”casına yaradılmış hesab etmişdirlər. Bnanın yenidən tikilməsi layihəsi həvalə edilmiş memar Pavel Krat isə Korunoviçin işini “müvəffəqiyyətsiz istifadənin tipik nümunəsi, üslub elementləri ilə həddən artıq yüklənmiş xalq memarlıq irsi” adlandırmışdır.

XXI əsr

2018-ci ildə Belqrad merinin müavini Qoran Vesiç binanın köhnə fasadının tezliklə bərpa edləcəyini elan etmişdir. Memar və şəhərsalma üzrə mütəxəssis Marko Stoyçiç bunu 2020-ci ilin iyul ayında təsdiqləyərək qeyd etmişdir ki, köhnə poçt binası İkinci Dünya Mmharibəsindən əvvəlki görünüşünə sahib olacaqdır. Mədəniyyət abidələrinin mühafizəsi İnstitutunun mütəxəssisləri bildirdilər ki, bina ilkin formasını itirdiyindən poçt şöbəsi əvvəlki formasına qaytarılacaq, lakin qismən bərpa olunacaqdır. 2022-ci ilin iyun ayında, təmirdən sonra binada teatr və kitabxananın yerləşəcəyi elan edilmişdir. Həmin ilin dekabr ayında maliyyə naziri Sinişa Mali bunu təsdiq etmiş və burada məktəb və muzeyin də yerləşəcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayında şəhər rəsmiləri təmir edilmiş binanın 2025-ci ilin əvvəlində açılacağını elan etmişdirlər; Savskaya küçəsi ilə üzbəüz olan iki divarın mühafizə edilib saxlanacağı, yoxsa sökülərək poçtun sıfırdan yenidən tikiləcəyi məsələsi isə hələlik qərara alınmamışdır.

Qalereya

İstinadlar

Kateqoriya:Belqrad tikililəri Kateqoriya:Belqrad tikililəri