Missuri Universiteti (MU) — ABŞ-nın Missuri ştatının Tuson şəhərində ictimai tədqiqat universiteti. MU Missuri ştatının ən böyük universitetidir.
1908-ci ildən Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.
Universitetin məzunları, professor-müəllim heyəti və işçi heyətinə 18 Rodos təqaüdçüsü, 19 Truman təqaüdçüsü, 140 Fulbrayt təqaüdçüsü, Missuri ştatının 7 Qubernatoru və ABŞ Konqresinin 6 üzvü daxildir. İki məzunu Nobel mükafatına layiq görülüb: Frederik Çapman və Corc Smit.
Tarixi 1839-cu ildə Missuri Qanunverici orqanı bir dövlət universiteti üçün vəsait təsis edən Akt qəbul etdi. 1870-ci ildə bu müəssisəyə kollec statusu verildi. Bu akt kollecin əsas kampusunun bir qolu kimi Missuri Mədən və Metallurgiya məktəbinin yaradılmasına səbəb oldu.https://web.archive.org/web/20080820101957/http://umsystem.edu/ums/about/history/ Sonralar məktəb Müasir Missuri Elm və Texnologiya Universiteti kimi inkişaf etmişdir.
1888-ci ildə Missuri Kənd Təsərrüfatı Təcrübə Stansiyası açılmışdır.
1890-cı ilə qədər universitetin tərkibinə İbtidai sinif müəllimləri hazırlamaq üçün kollec, Mühəndislik kolleci, İncəsənət və Elmlər kolleci, Kənd təsərrüfatı məktəbi, Tibb məktəbi və Hüquq məktəbi daxil idi.
1908-ci ildə MU-da dünyada birinci olduğunu iddia edən Jurnalistika məktəbi açıldı.
1913 — 1914-cü illərdə Ağ Kampus kimi tanınan yeni kampus tikildi.
Akademik strukturu Universitet bakalavr, magistratura, doktorantura proqramları və 300-dən çox dərəcə proqramı təklif edir.
Missuri Universiteti 7 kollec və 11 məktəbdən ibarətdir.
Universitetinin Tədqiqat Reaktor Mərkəzi ABŞ-da nüvə tibbi üçün izotopların yeganə mənbəyidir.
Universitetdə Missuri Sağlamlıq Elmləri Universiteti və bir neçə xəstəxana və klinikalar fəaliyyət göstərir.
Kollec və məktəbləri Elm və İncəsənət kolleci Təhsil Kolleci Hüquq məktəbi Missuri Universiteti Tibb məktəbi Missuri Universiteti Mühəndislik kolleci Missuri Universiteti Ali məktəbi Jurnalistika kolleci Trulaske Biznes kolleci Musiqi məktəbi Sinklair Tibb bacısı məktəbi Baytarlıq Tibb kolleci Sosial İş Ali məktəbi Fəxri kolleci Ətraf Mühit Elmləri kolleci Mühasibatlıq məktəbi Təbii Sərvətlər məktəbi İnformasiya Elmləri və Öyrənmə Texnologiyaları məktəbi Sağlamlıq Elmləri Kolleci Truman İctimai Əlaqələr məktəbi Vizual Tədqiqatlar məktəbi
Reytinqləri MU Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura Təhsili - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.
NewsPro–RTDNA sorğusuna görə Missuri Jurnalistika məktəbi bir neçə dəfə ABŞ-da ən yaxşı jurnalistika məktəbi seçilib. O, yerli Milli İctimai Radio Stansiyası KBIA-nı idarə edir və ispandilli radio proqramı olan Radio Adelanteni hazırlayır.
US News & World Reportun 2024-cü ilin reytinqinə görə ən yaxşı onlayn bakalavr proqramı kimi MU-nu ölkə üzrə 339 universitet arasında 28-ci yerdə qərarlaşdırıb.
Universitetdə nüvə reaktoru fəaliyyət göstərir ki, bu da universitetlərdə fəaliyyət göstərən dünyanın ən güclü reaktorudur.https://web.archive.org/web/20140822135959/http://en.wikipedia.org/wiki/University_of_Missouri_Research_Reactor_Center
Kitabxanası thumb|right|Ellis kitabxanası
Universitet Missuri ştatında ən böyük kitabxana kolleksiyasına malikdir. 2011-2012-ci tədris ilində burada 3,1 milyon cild kitab, 8,1 mln. mikroforma, 678,596 elektron kitab, 1,7 milyona yaxın dövlət sənədi, 284,000-dən çox çap edilmiş xəritə və 53,000-dən çox jurnal yerləşdirilib. Kolleksiya Ellis Kitabxanasında, Universitet arxivində və kampusdakı 7 xüsusi akademik kitabxanada saxlanılır.
Kampusları
thumb|Missuri Jurnalistika Məktəbi thumb|right|Sanford F. Konley House
MU Missuri Universitet Sisteminin bir hissəsidir və dörd kampusdan ibarətdir:
Mizzou kampusu Rolle — Missouri Elm və Texnologiya Universiteti — MS&T Kanzas City kampusu — UMKC Sent-Luis kampusu — UMSL
Missuri Universitetinin kampusu Kolumbiya şəhərinin cənubunda yerləşir və Botanika bağı kimi istifadə olunur. Tarixi şəhərciyin mərkəzi Tarixi Yerlərin Milli Reyestrində qeyd olunan tarixi rayon olan Francis Quadrangledə yerləşir və Milli Tarixi Yerlər Reyestrində qeyd olunan bir neçə binadan ibarətdir.
Memorial Union kampusu Missuri Universiteti üçün İcma mərkəzi kimi xidmət edir.
2019-cu ildə Missuri Dövlət Tarixi Cəmiyyətinin yeni qərargahı olaraq Missuri Araşdırmaları üçün yeni Mərkəz açıldı.
Məşhur məzunları
Villiam F. Baker — Bürc Xəlifənın mühəndisi Bred Pitt — aktyor və kino prodüseri Tom Berenger — Emmi mükafatçısı, aktyor Emili Nevell Blair — yazıçı, suffragist və Qadın Seçicilər Liqasının qurucusu Linda Bludvorth-Tomason — yazıçı və televiziya prodüseri Andy Bryant — Intel Korporasiyasının sədri Keyt Kapşau — aktrisa, "İndiana Cons və tale məbədi" Maykl Çandler — üçqat Bellator çempionu və UFC döyüşçüsü Marsia Şatelain — Tarix üzrə 2021 Pulitzer mükafatının qalibi Kris Keper — aktyor, Oskar mükafatçısı Robert K. Dikson — Nobel mükafatı laureatı, prezidentin müşaviri və alim Linda M. Godvin — NASA astronavtı Martin Henrih — ABŞ senatoru Tim Kaine — 2016-cı il Vitse-prezidentliyə namizəd və Virciniyadan ABŞ senatoru
İstinadlar
Ədəbiyyatı
Dains, Mary K. "University of Missouri Football: The First Decade." Missouri Historical Review 70 (October 1975): 20-54. online Dearmont, W. S. "The Building of the University of Missouri, an Epoch Making Step." Missouri Historical Review 25 (January 1931): 240-244. online
Viles, Jonas. The University of Missouri, 1839–1939 , E.W. Stephens Publishing Company
Xarici keçidlər
of University of Missouri Athletics
Kateqoriya:ABŞ universitetləri Kateqoriya:ABŞ universitetləri