Nardaranaxtarma palçıq vulkanı– Çeyildağ qəsəbəsindən 17 km şimal-qərbdə yerləşir.

Haqqında

Nisbi yüksəksliyi 60 m olan Nardaranaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 17 km şimal-qərbdə yerləşir. 3 təcrid edilən palçıq vulkanı sahəsində fəaliyyətdə olan mikroformalarla (sopka, qrifon və salzalar) səciyyələnir. Ən böyük qərb örtüyünün sahəsi 620 ha təşkil edir. Vulkan eyniadlı qırışığın tağ hissəsini mürəkkəbləşdirən, üstəgəlmə xarakterli uzununa pozulma ilə əlaqədardır. İlk dəfə 1948-ci ildə püskürən Nardaranaxtarma palçıq vulkanı daha sonralar 1970, 1972, 1986, 1996-cı illərdə püskürüb.

Həmçinin bax Torağay palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Palçıq vulkanları

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları