Lbov Qolota ( ) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi.
Bioqrafiya Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb.
1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur.
Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir. Paytaxtda keçirilən bir çox bayramlar və tədbirlər üçün ssenarilərin müəllifidir.
"Anatoli Poqrebnının həyatı və nizamı. Elmi araşdırmalar, məqalələr, xatirələr" kitabının redaktorudur.
Yaradıcılığı Şeir topluları: "Çöllərdə doğulanlar" (1976); "Bahar bərabərliyi" (1979), "Xoruzgülü" (1980); "Pəncərə" (1983); "Qadınlar və quşlar" (1986); "Güzgülər" (1988); "Kişi səsi ilə" (1996); "Zamanla şüalanmış" (2001); Jurnalistika kitabları: "İnsanlıq uşaqları" (2002); "Yaradılış" (2005); Romanlar: "Epizodik yaddaş" (2007); Uşaqlar üçün bir neçə kitab.
İctimai və partiya fəaliyyəti 1977-ci ildən Ukrayna Milli Yazıçılar Birliyinin üzvüdür. 1979-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.
Taras Şevçenko adına Ümumkrayna "Prosvita" Cəmiyyəti Mərkəzi İdarə Heyətinin üzvüdür.
Mükafatlar 1981 — Gürcüstanın Vladimir Mayakovski adına mükafatı. 2001 — Vladimir Sosyura "Ukraynanı sev" mükafatı. 2008 — "Epizodik yaddaş" romanına görə Taras Şevçenko adına Ukrayna Milli Mükafatı.
Ədəbiyyat Шарова Є. В. Голота Любов Василівна // Українська літературна енциклопедія. — Т. 1. — , 1988. — С. 447. Письменники Радянської України: Біобібліографічний довідник / Автори-упорядники В. К. Коваль, В. П. Павловська. — : Радянський письменник, 1981. — С. 52.
Mənbə Писательский справочник. Издательство "Факт". Любовь Голота. Интервью в передаче на Радио Свобода.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Ukrayna publisistləri